2-11-2023, 17:39 483

Zəfər Günü - müqəddəs amala çatmaq yolunda bütün maneələri aşa bilmək gücünün təcəssümü - RƏY

"Zəfər Günü Azərbaycan üçün ilk növbədə müstəqil dövlətin və xalqın ərazi bütövlüyü kimi müqəddəs amala çatmaq yolunda bütün manələri aşa bilmək gücünün təcəssümüdür".

Bunu “AVESTA.AZ”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, bu tarixi hadisə xalqla dövlətin birliyinin, cəmiyyətlə dövlətin həmrəyliyinin, hər bir vətəndaşın, fərdin ümummilli hədəflər naminə səfərbərliyinin göstəricisidir: "Bu gün Azərbaycan xalqının qırılmaz əzminin və dəmir iradəsinin zəfər günüdür. Xalqımızın 30 illik mücadiləsi, öncə Ulu Öndər Heydər Əliyevi özünün xilaskarı qismində görməsi və ətrafında birləşməsi, sonra isə Prezident İlham Əliyevə etimad göstərib onun ardınca addım-addım qələbə gününə doğru irəliləməsi bu şanlı tarixin əldə edilməsi yolunda silahımız oldu. Qələbə təkcə Azərbaycan ərazisini işğal altında saxlayan, torpaqlarını zəbt, tarixini qəsb edən, saxtalaşdırmağa cəhd göstərən düşmən üzərində deyil: “Bu zəfər həm də düşməni 30 il ərzində himayə edən, böyüdüb-bəsləyən, əlinə silah verən, danışıqlarda arxasında gizlədən, beynəlxalq təşkilatlarda müdafiə edənlər üzərindədir. Çünki bu dönəmdə çoxları bizə təlqin etməyə çalışırdılar ki, mövcud vəziyyət reallıqdır və biz hər şeyi unudub bu gerçəkliklə barışmalı, torpaqlarımızı erməni separatçılarına güzəştə getməliyik. Tariximizi, böyüklərimizin bizə qoyub getdiyi irsimizi unutmalıyıq, düşmənə səssiz təslim olmalıyıq. Bu baxımdan, hesab edirəm ki, qələbəmiz həm də qlobal geosiyasi plan, əməliyyat və onların müəllifləri üzərində qazandığımız zəfərdir".

"Biz bu nailiyyətlə, Vətən müharibəsi günlərində və sonrakı üç ildə böyük bir axına əks gedərək xalqımızın əzmini, dirənişini əzib keçmək istəyən böyük güclərin oyununu pozmuşuq. Məhz buna görə də dünyada heç kim bu qələbəni sadəcə olaraq iki ölkə, iki xalq arasındakı müharibənin nəticəsi olaraq qiymətləndirməməlidir. Biz II Qarabağ savaşına ona görə Vətən müharibəsi deyirik ki, bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də verdiyimiz ümumxalq mücadiləsidir. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mətin ordumuzun qazandığı şəksiz qələbədir. Çoxları düşünür və ümid edirdilər ki, dövlətimiz 5, yaxud maksimum 7 rayonun qaytarılması ilə kifayətlənəcək. Ancaq müharibənin gedişi nümayiş etdirdi ki, biz torpağımızın hər qarışı uğrunda qan tökməyə hazırıq. Döyüş əməliyyatları günlərində bir daha ümidləndilər ki, biz haranı azad etsək də, Şuşada bayrağımızın dalğalanmasına nail ola bilməyəcəyik. Son üç ildə isə özləri-özlərini inandırmağa çalışırdılar ki, Şuşa ilə kifayətlənəcəyik”, - Milli Məclisin üzvü bildirib.

E.Allahverdiyev vurğulayıb ki, xalqın və ordunun lideri üçrəngli bayrağı Xankəndidə dalğalandıracağımıza söz vermişdi: "Biz də bu günün yetişəcəyinə inanırdıq. Bu gün bu inam artıq reallığa çevrilib və bütün dünya, o cümlədən düşmən də bununla barışıb, razılaşıb. 30 ildir “bu torpaqların sahibləri olduqlarını” deyənlər bizim diqtəmizlə dəyişən reallığı bir ayın içində qəbul etdilər və bu gün Azərbaycanla sülh sazişi imzalamaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Biz isə bir an olsun belə ədalətsiz düzənlə razılaşmadıq və sonda müstəqilliyimizi qoruduq, suverenliyimizi tam bərpa etdik, sərhədlərimizin bütövlüyünü təmin etdik. Fikrimcə, Zəfər Gününü bizim üçün əlahiddə doğma, dəyərli və qiymətli edən də məhz budur”.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR