
İngiltərə Premyer Liqasında tarixi hadisə baş verəcək.
“AVESTA.AZ”un yerli mətbuata istinadən məlumatına görə, ilk dəfə bir oyunda qadın hakim fəaliyyət göstərəcək.
Belə ki, Rebekka Uelç XI turun “Fulhem” – “Mançester Yunayted” matçına təyinat alıb. 39 yaşlı FIFA referisi həmin qarşılaşmanın dördüncü hakimi olacaq.
Qeyd edək ki, “Fulhem” – “Mançester Yunayted” matçı noyabrın 4-də keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.