
Çilinin Koronel şəhərində gecəqonduda baş verən yanğın zamanı 8-i uşaq olmaqla azı 14 venesuelalı miqrant ölüb.
“AVESTA.AZ” AFP-yə istinadən xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.
"İcmamızın 14 sakininin öldüyünü təəssüflə bildiririk. Yanğın nəticəsində səkkiz azyaşlı və altı böyük olmaqla üç ailə həlak olub", - cənub şəhər merinin müavini Xavyer Valensiya bildirib.
O, həmçinin əlavə edib ki, ölənlər əlverişsiz şəraitdə yaşayan Venesuela vətəndaşlarıdır.
Yanğının səbəbi barədə məlumat verilmir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.