7-11-2023, 09:45 861

Bakı hava limanında parkinq haqqını ödəmək asanlaşdırılıb

Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu ziyarətçilərinə nəqliyyat vasitələrinin sürətli giriş-çıxışını və parklanma üçün rahat ödəniş üsullarını təmin edən innovativ xidmət təqdim edib.

"Report" bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, artıq parkinq haqqını həm ödəniş terminallarında, həm də onlayn şəkildə ödəmək mümkündür. Bunun üçün ziyarətçilər avtomobillərini tərk etmədən mobil cihazları vasitəsilə “Tezödə” və “AzParking” platformalarından istifadə edə bilərlər.

Həmçinin parklanma üçün ödənişi hava limanında yerləşən ödəniş terminallarında nağd və nağdsız (bank kartları ilə) həyata keçirmək mümkündür. Hava limanına giriş/çıxışda plastik kartlardan istifadə ləğv edilib və əvəzində nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının avtomatik tanınması sistemi tətbiq edilib. Bu isə prosesi rahat və sürətli edərək sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır.

Bununla yanaşı, ərazidən ziyarətçilərin daha səmərəli istifadə etməsi üçün aeroportun inkişaf strategiyası çərçivəsində perspektivdə parklanma zonasının genişləndirilməsi və əlavə yerlərin tikintisi nəzərdə tutulub.

İstifadəçilərinin əksəriyyəti nəqliyyat vasitələrini qısamüddətli – 2 saata qədər park edənlər təşkil edir. Bunu və hazırda dayanacaq yerlərinin məhdudluğunu nəzərə alaraq Bakı hava limanı prioritet olan qısamüddətli istifadəçilər üçün daha çox parklanma yerlərinin təmin olunmasına çalışır. Buna əsasən yalnız uzunmüddətli park edilmiş nəqliyyat vasitələri üçün bu gündən tariflərə dəyişikliklər edilir, lakin qısamüddətli istifadəçilər üçün tariflər dəyişməz olaraq qalır.

Yeni sistemin tətbiqi ilə bağlı suallar yarandığı təqdirdə ilkin mərhələdə məsul əməkdaşlar ərazidə ziyarətçilərə lazımi dəstək göstərəcək və yaxud https://airport.az/az/transport/parking/ linkinə keçid edərək əlavə məlumat əldə etmək mümkündür.

Xatırladaq ki, ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb edilmir. Sərnişinlərin gediş/gəliş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi zolaqlar - "drop off"/ “pick up” onların ixtiyarındadır.

Paylaş

Xəbər lenti

"Eşref Rüya" üçün final qərarı verildi Bu gün, 00:48 TDT liderləri insana yönəlmiş və etik süni intellektin inkişafına çağırış ediblər Bu gün, 00:48 Türküstan Bəyannaməsi: "e-Permit" sistemi Orta Dəhliz üzrə yükdaşımaların səmərəliliyini artıracaq Dünən, 23:48 Milli Qəhrəman Hökumə Əliyevanın qardaşından duyğulandıran sözlər Dünən, 23:48 TDT ölkələri kosmik sahədə əməkdaşlığın inkişafını prioritet hesab edir Dünən, 23:48 Xırdalanda yol problemi: Sakinlər beziblər Dünən, 23:48 TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər Dünən, 22:48 İlqar Vəlizadə: "Türk dünyası süni intellekt dövrünə qədəm qoyur" Dünən, 22:48 Azərbaycanda pensiyalarla bağlı YENİLİK Dünən, 22:48 Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstana səfəri barədə videoçarx paylaşılıb Dünən, 22:48 Bakı dünya şəhərsalmasının paytaxtına çevrilir: WUF13 ən böyük sərgi ilə başlayacaq Dünən, 22:48 Elcan Rəsulov: "Ənənəvi müalicə effekt vermir" Dünən, 22:48 "Haber Global": İlham Əliyev liderlərə müraciət edib Dünən, 21:48 Türküstan bəyannaməsi: TDT liderləri Azərbaycanın sədrliyini yüksək qiymətləndiriblər Dünən, 21:48 Dövlət qulluğuna test imtahanının nəticəsi ləğv edilə bilər - Bu hallarda Dünən, 21:48 Masazırda təhlükə yaradan bina tikilir? Dünən, 21:48 FIFA bu futbolçuya görə "Qarabağ"a transfer qadağası qoyubmuş Dünən, 21:48 İraqın yeni hökuməti təsdiqləndi - Əli Zeydi vəzifəyə başladı Dünən, 20:48 Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək Dünən, 20:48 "Ört-basdır etdiklərini ifşa edirik" - BTQ-nin effektiv fəaliyyəti kimləri narahat edir? Dünən, 20:48 Kəlbəcərə qayıdan ailənin hekayəsi: "Hər qaranlıq gecənin bir işıqlı sabahı var" Dünən, 20:48 Bakı, Gəncə və Zərdabda ağaclar MƏHV EDİLDİ Dünən, 20:48 Əməkdar artist: "Onun cəsarəti yoxdur ki, öz adı ilə nəsə yazsın" Dünən, 19:48 WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib Dünən, 19:48 Lahıc yolunda UÇQUN - Qayalar yolun ortasına düşdü Dünən, 19:48 Bayram namazının vaxtı məlum oldu Dünən, 19:48 Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu Dünən, 19:48 "Şəfa" Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib Dünən, 19:48 "Haber Global" İlham Əliyevin Türküstandakı çıxışına diqqət çəkdi Dünən, 18:48 Bakıda şagirdlər arasında DAVA: Məsələ rəhbərlik tərəfindən ARAŞDIRILIB Dünən, 18:48 Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR Dünən, 18:48 İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib Dünən, 18:48 Şahin Mustafayev Rusiya hökümətinin sədr müavini ilə ikitərəfli məsələləri müzakirə edib Dünən, 18:48 Maksimum balı təkcə o topladı Dünən, 18:48 Sürücülərə XƏBƏRDARLIQ - Bu magistral yol çöküb Dünən, 18:48 WUF13 üçün onlayn qeydiyyat başa çatıb Dünən, 18:48 Ukraynanı WUF13-də Aleksey Kuleba təmsil edəcək Dünən, 17:48 Adil Kərimli: "Hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik" Dünən, 17:48 Evliliklərinin 10 illiyində bu fotoları paylaşdılar Dünən, 17:48 Burada maşın saxlamaq da, hərəkət etmək də müşkülə çevrilib - NECƏ OLMALIDIR? Dünən, 17:48 Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam" Dünən, 17:48 Bakı-Ələt yolunda körpünün bir hissəsi ÇÖKDÜ Dünən, 17:48 Nazir: Ötən il Mədəni və Yaradıcı Sənayelərin xidmət ixracı 265 milyon 487 min dollar olub Dünən, 17:48 TDT-nin Katibliyinin potensialının artırılmasına dair qərar qəbul edilib Dünən, 17:48 IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib Dünən, 17:48 Ərdoğan Türk dövlətlərini yüksək texnologiyalar və süni intellekt sahəsində əməkdaşlığa çağırıb Dünən, 16:48 İlham Əliyev: Rəqəmsal inkişaf sahəsində Türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir Dünən, 16:48 İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak edib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR