
Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin Rusiyada keçiriləcək iclasında iştirak etməyəcək.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan məlumat verib.
Xatırladaq ki, tədbir noyabrın 8-də Rusiyanın paytaxtı Moskvada baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.