
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Tbilisi şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası keçirilir.
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, səhər saatlarından başlayan aksiya çərçivəsində üzərində "Xarıbülbül", Şuşa, Xankəndinin fotoları və digər məlumatları əks etdirən LED ekranlı yük avtomobili Azadlıq Meydanından hərəkətə başlayıb.
Həmin avtomobil paytaxtın mərkəzi küçə və prospektlərindən hərəkət edir.
Azərbaycanın Zəfər Gününü özündə əks etdirən aksiya paytaxt sakinləri və şəhərin qonaqları tərəfindən maraqla qarşılanır.
Aksiya günün sonunda başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.