
“Gürcüstanın Avropa İttifaqına üzvlüyü üçün lazım olan islahatları davam etdirirəm”.
“Report” xəbər verir ki, bunu Gürcüstanın Prezidenti Salome Zurabaşvili “X”də yazıb.
O, Avropa Komissiyasının Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsini tövsiyə etməsini alqışlayıb: “Mən Gürcüstan xalqı ilə fəxr edirəm. Öz rolumu oynamağa davam edəcəm”.
Həmçinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də qərara münasibət bildirib. O, buna görə Aİ-yə təşəkkür edib: “Biz dəstəyə görə minnətdarıq. Avropa İttifaqına tam hüquqlu üzvü olmaq üçün işlərimizi davam etdirməkdən məmnunuq”.
Xatırladaq ki, Avropa Komissiyası noyabrın 8-də Avropa İttifaqına tövsiyə edib ki, Tbilisiyə namizəd statusu versin.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.