
Avropa İttifaqı Ukraynanın birliyə qoşulması ilə bağlı hələlik danışıqlara başlamamalıdır.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto feysbukda yayımlanmış deyib.
“Avropa Komissiyası Ukraynanın üzvlük şərtlərini yerinə yetirdiyinə inanmadığına görə, biz Ukrayna ilə üzvlük danışıqlarında əlavə addımları vaxtında atılan addım hesab etmirik”, – diplomat bildirib.
Onun fikrincə, Ukraynada sülh bərqərar olanadək onun Aİ-yə üzvlük hüququ olmayacaq.
“Əks təqdirdə, Ukrayna ilə birlikdə Avropa İttifaqına da müharibə gələcək, biz bunu dəqiq istəmirik”, – xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Siyarto qeyd edib ki, genişlənmə Avropa İttifaqına müharibə gətirmək deyil, sülhün qorunmasına yönəlməlidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.