9-11-2023, 19:23 1137

Mərakeşdə Qarabağ xanlığı ilə bağlı albom-kitab təqdim olunub

Noyabrın 8-də Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən Mərakeş Milli Kitabxanasında Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyinin təşkilatçılığı ilə Zəfər günü münasibətilə “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitabın təqdimatı mərasimi keçirilib.

“Report” xəbər verir ki, albom-kitab ingilis, fransız və ərəb dillərində XIX əsrin 70-ci illərindən başlayaraq 1912-ci ilə qədər davam etmiş dövr ərzində Tiflisdəki Qafqaz muzeyi əməkdaşlarının tarixi Qarabağ xanlığı ərazisinə təşkil etdikləri ekspedisiyalar zamanı toplanmış dəyərli artefaktlar kolleksiyasını özündə əks etdirir. Təqdimat mərasimində eyni zamanda bu artefaktların sərgisi də qonaqlara nümayiş etdirilib.

Tədbirə Mərakeş dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, media, qeyri-hökumət təşkilatları nümayəndələri, eləcə də Azərbaycan diaspor təmsilçiləri olmaqla 100-ə yaxın iştirakçı qatılıb.

İlk olaraq, çıxış edən Mərakeş Milli Kitabxanasının direktoru Mohammed Ferran təqdimatın iki ölkə arasında əlaqələrin mədəni ölçüsünün inkişaf etdirilməsində vacib rol oynadığını vurğulayıb, Mərakeş ictimaiyyətində Azərbaycanın zəngin tarixi, mədəniyyəti və dəyərləri haqqında daha geniş təsəvvürün formalaşması və məlumatlılığın artmasına xidmət edəcəyini vurğulayıb.

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində təşkil edilən bu təqdimat mərasiminin ölkəmizin mədəniyyət paytaxtı olan və 28 illik işğaldan azad olduqdan sonra bu statusu özünə qaytaran ən mühüm regionlarımızdan biri - Qarabağ haqqında unikal tədqiqatların yekun məhsulu olan bir kitaba həsr edildiyini bildirib. Səfir həmçinin, Tbilisi şəhərində yaradılmış “Qafqaz muzeyi” əməkdaşlarının Qafqazın müxtəlif regionlarına yerli xalqlar haqda tarixi və etnoqarfik materiallar toplamaq üçün çoxsaylı ekspedisiyalar keçirdiyini və Qarabağ xanlığı ərazisindən toplanan materialların əsasən 1912-ci il ekspedisiyaları zamanı toplandığını diqqətə çatdırıb. O cümlədən, Qafqaz muzeyi əsasında yaradılmış Gürcüstan Milli Muzeyinin arxivlərində saxlanılmış materiallar və artefaktların detallı analiz, kataloqlaşdırma, fotoçəkilişinin aparılması nəticəsində həmin materiallar əsasında albom tərtib edildiyi, bu albomun isə Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilati dəstəyi ilə nəşr edildiyi qeyd olunub.

Kitabda Gürcüstan Milli Muzeyinin arxivlərində aşkar olunaraq tədqiq olunmuş bir neçə min artefaktdan yalnız 300-ünün əks olunduğu da vurğulanıb, burada əks olunan materialların Qarabağ xanlığı əhalisinin məhz aparıcı azərbaycanlı və müsəlman kimliyinə mənsub olmasını göstərdiyinə xüsusi diqqət yönəldilib.

Artefaktların sərgisi Milli Kitabxanada növbəti iki həftə müddətində nümayiş etdiriləcək. Bununla yanaşı, albom-kitab Milli Kitabxananın zəngin kitab kataloquna daxil edilib ki, bu da Mərakeş oxucularına ölkəmizin Qarabağ bölgəsinin zəngin mədəniyyəti və tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Təqdimat mərasiminin sonunda iştirakçılara “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabı hədiyyə edilib.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR