10-11-2023, 11:47 494

Azərbaycanın turizm sektoru qış mövsümünə necə hazırlaşır?

Hər il qış mövsümünün gəlişinə az qalmış turizm sektorunda müəyyən yeniliklər başlayır. Hotellər yeni kampaniyalara start verir, turizm müəssisələri yeni qiymətlərlə turpaketləri satışa çıxarır.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi “AVESTA.AZ”a açıqlamasında turizm sektorundakı mövcud vəziyyət, yeniliklər və qış mövsümünə hazırlıqlar barədə məlumat verib.

Xizək turizmi daha əlçatan olmalıdır

Onun sözlərinə görə, dağ qış kurortlarında adətən dekabrın 15-dən xizək sürmək imkanları təklif edilir: "Ölkədə 2 dağ-xizək turizm kompleksi fəaliyyət göstərir. Bunlardan biri Şahdağ Qusar rayonun ərazisində, digəri isə Tufandağ Qəbələ rayonunun ərazisində fəaliyyət göstərir. Belə kurortların yaradılması turizm sənayesinin mövsümdən asılılığının azalmasına xidmət göstərir".

S. Dübəndi hesab edir ki, qış mövsümü dünya turizm sənayesi üçün ümumilikdə aşağı mövsüm hesab edilir: "Qış turizm növlərinin inkişafı qış mövsümündə daxili və xarici turistlər üçün əlavə imkanlar yaradır. Qış turizm fəaliyyətləri xizək sürməklə məhdudlaşmır. Burada biz, geniş yayılmış meşəyə xizək üzərində yürüşlər, kirşə, qış giləmeyvələrinin yığılması, mövsümi mətbəx nümunələri və digərlərini sadalaya bilərik. Qış xizək kurortlarının ərazilərində bir çox attraksionlar, kvadrosikldan tutmuş beş ulduzlu hotellərə qədər təklif edilir. Yalnız xizək turizminin ümumilikdə bir qədər bahalı turizm növü hesab edildiyindən bu mərkəzlərin xidmətləri əhalinin orta təminatlı təbəqəsi üçün əlçatan deyil. Düşünürəm ki, bu mərkəzlərin ərazilərində və yaxın ərazilərdə alternativ yerləşdirmə vasitələri, daha əlçatan avadanlıq, ekipirovka, qidalanma və digər xidmətləri təklif edən müəsissələr əmələ gəlməlidir".

Təklifin az olması bahalaşma yaradır

O, bildirib ki, turizm müəssisələri yeni il üçün təkliflər baxımından hələ ki, aktiv deyil:

“Yeni il bayramı ərəfəsində və bayram günləri regional hotellərin satışları artır, qiymətlər də bir qədər yüksəlir. Bu da təbiidir. Çünki bazarda tələb artır, təkliflər isə məhdud olduğu üçün müəssisələr qiymətləri yüksəldir".

Assosiasiya rəhbəri bildirib ki, Şahdağ kompleksinin qəbul etdiyi xarici qonaqların sayı ildən-ilə artmaqdadır: "Pandemiyadan əvvəlki dövrdə bayram günləri kompleks 20 min insanı qəbul edirdi”.

O hesab edir ki, Azərbaycanda qış turizm fəaliyyətləri o qədər də geniş yayılmayıb:

“Bir çox hotellər, turizm istirahət mərkəzləri qış bayramları ərzində məhdud təkliflərlə çıxış edirlər. Bunlar gecələmə xidmətləri, şou proqram, qida paketləri olur. Animasiyalar və turizm fəaliyyətləri təklifləri isə azlıq təşkil edir. Bunlara baxmayaraq, Azərbaycanda bütün mövsümlərdə istirahət və digər turizm fəaliyyətləri üçün geniş imkanlar mövcuddur. Ölkədə bir sıra maraqlı, unikal təbii və antropogen turizm resursları yayılıb. Son illərdə mədəni irsin qorunmasına ölkədə xüsusi diqqət yetirilir. Mədəni irs nümunələrinin bərpası və qorunması istiqamətində geniş və planlı işlər aparılır. Bu isə turizm fəaliyyətlərinin inkişafına təkan verir, fərqli turizm istiqamətlərinin inkişafı üçün şərait yaradır. Burada arxeoloji, mədəni, kulinariya, etno və sair turizm növlərini qeyd etmək yerinə düşər”.

Lüks hotellərin çoxu dolub

S.Dübəndinin sözlərinə görə, qarşıdan gələn bayram günlərində regional hotellər arasında 5 ulduzlu seqmentdə yüksək doluluq müşahidə edilir:

“Bir çox lüks hotellər artıq satışlarını saxlayıblar. Adi günlərdə isə 5 ulduzlu regional hotellərində qiymətlər 130-250 manat arası dəyişir. Digər yerləşdirmə vasitələri seqmentində müxtəlif təklifləri görürük - kotteclər, kənd evləri, qonaq evləri və digərləri. Keçən illə müqayisədə bu müəssisələrin təklif etdikləri xidmətlərin qiymətlərində təxminən 25 % artım müşahidə olunur”.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR