10-11-2023, 11:19 449

Fransa nəşri: “Azərbaycan və Ermənistan arasında sülhün yaranması mümkündür”

“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür”.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə Fransanın “l’Opinion” qəzetində dərc olunan “Azərbaycan-Ermənistan: sülh mümkündür?” başlıqlı məqalədə bildirilib.

Nəşrdə noyabrın 8-də Xankəndidə keçirilən hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər qeyd olunub: “Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq... Düşmən bizim qabağımızda diz çökdü”.

Məqalədə vurğulanıb ki, Cənubi Qafqazın iki dövləti arasında münaqişə indi qlobal, daha mürəkkəb geosiyasi mənzərəyə uyğundur: Ermənistan Qərblə yaxınlaşır, Rusiyanın təsir dairəsindən uzaqlaşır: “Bu mənada Qərblə Rusiya arasındakı geosiyasi oyun Ukraynadakı müharibə nəticəsində alovlanan yeni soyuq müharibənin elementidir. Qərb xal toplayır, amma vəziyyət kövrəkdir. Belə ki, Azərbaycan Qərbin Ermənistanda apardığı oyundan narahatlığını, hətta qıcıqlandığını gizlətmir”.

Nəşr Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdən sitat gətirib: “Ermənistanın Ukraynalaşma riski var, bu bizim üçün yaxşı deyil. Ermənistanın təhlükəsizliyi nə Moskva, nə Brüssel, nə Paris, nə də Vaşinqtondadır”.

“Biz problemlərimizi ikitərəfli əsasda həll etməliyik”. Bunu isə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Məqalədə bildirilib ki, ənənəvi olaraq Rusiya ilə bağlı olan Ermənistan bu gün özünü keçmiş himayədarı tərəfindən tərk edilmiş hiss edir: “Geosiyasi baxımdan bu dəyişikliyə siyasi fikir ayrılığı da əlavə olunur: Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə “məxməri inqilab” zamanı Vladimir Putinin dostlarına qarşı hakimiyyətə gələn liberal demokratdır”.

Müəllifin fikrincə, daxili siyasi oriyentasiya ilə geosiyasi məhdudiyyətlər arasındakı bu ziddiyyətə Azərbaycanla böyük güc fərqi də əlavə olunur: “Azərbaycan Ermənistandan demək olar ki, dörd dəfə zəngindir və əhalisi daha çoxdur. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, Türkiyə və İsrailə yaxın olan Azərbaycan Avropaya, xüsusən də İtaliyaya təbii qaz ixrac edir və bu da onu Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevirir. Azərbaycanın suveren və müstəqil siyasət yürüdür. Azərbaycan birmənalı olaraq güclü mövqedədir”.

“Ermənistanla sülhə alternativ yoxdur, amma proses “havada qalıb”. Hətta bu prosesin dondurulduğunu söyləyə bilərik”, - deyə E.Əmirbəyov vurğulayıb.

“Biz sülh sazişi üzrə razılaşmanın yarısındayıq, lakin hər şey Fransanın dəstəyi ilə BMT və Avropa İttifaqında bizə qarşı diplomatik müharibə aparan Ermənistanın ikiüzlülüyünə görə dalana dirənib” - o qeyd edib.

“Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ermənistanla dialoqda mümkün vasitəçilər barədə suala Aİ, Vaşinqton və ya Moskvanın adını çəkir: “Emmanuel Makron? Xeyr! Bu, tamamilə qeyri-konstruktivdir”, - məqalədə XİN rəsminin fikirləri əks olunub.

Nəşrdə əlavə edilib ki, oktyabrın əvvəlində Qranadada keçirilən Avropa Siyasi Birliyinin sammitinin iflasa uğraması bu vasitəçilikdən imtina olunmasının gücünü nümayiş etdirdi.

Məqalə müəllifinin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında iki çətin məsələ var: “Söhbət sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizindən gedir”.

“Biz delimitasiya üzrə işin həyata keçirilməsi üçün təməl məsələləri razılaşdırmalıyıq. Ermənistan 1975-ci ilə aid hansısa sovet xəritəsindən danışır. Amma söhbət bir xəritədən deyil, 1974-1983-cü illərdə çap olunmuş iyirmiyə yaxın xəritədən gedir”, - E.Əmirbəyov deyib.

O, bu məsələnin mürəkkəbliyindən danışarkən xatırladıb ki, Rusiya ilə dəqiq sərhəd xəttini müəyyən etmək üçün düz 15 il vaxt lazım olub, çox yaxşı münasibətlərin olduğu Gürcüstanla isə bu istiqamətdə işlər hələ də tamamlanmayıb.

Məqalədə bildirilib ki Zəngəzur dəhlizi daha həssas məsələdir: “Azərbaycanın Naxçıvan regionu ölkənin qalan hissəsindən Ermənistan ərazisi ilə ayrılır. Ermənilər qonşularının ölkənin bu hissəsini zəbt etmək məqsədi ilə yeni hərbi hücumundan qorxurlar. Amma Azərbaycan bu iddiaları rədd edir və Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını deyir”.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR