10-11-2023, 12:27 585

Hyustonda Heydər Əliyevin 100 illiyi və Zəfər Günü qeyd edilib

ABŞ-ın Texas ştatının Hyuston şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "AVESTA.AZ"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin, ölkəmizə dost icmaların nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Azərbaycan və ABŞ-ın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Günel Ağasoyun moderatorluğu ilə aparılan tədbiri giriş sözü ilə USACI-nin rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Samir Novruzov açaraq, soydaşlarımızı xalqımızın misilsiz bayramı – Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, yaşadığı dövrün bütün çətinliklərinə baxmayaraq, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ölkəmizin dünya birliyinə inteqrasiya olunmasında müstəsna xidmətləri olub.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Texas ştatında yaşayan soydaşlarımızı Azərbaycanın Zəfər Günü, Dövlət Bayrağı Günü, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası münasibətilə təbrik edib. Bu il dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirildiyini vurğulayan sədr müavini ulu öndərin vətənimiz qarşısında misilsiz xidmətlərindən danışıb, onun əsas arzusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən yerinə yetirildiyini xatırladıb. “Ulu öndərin öz kökünə, xalqına məhəbbətini ifadə edən məşhur “Mən fəxr edirəm ki, azərbaycanlıyam” misrasını hamımız qəlbimizdə məhəbbətlə daşıyırıq. Hesab edirik ki, Heydər Əliyev irsi həm xalqımız, həm də dünya təcrübəsi üçün mühüm məktəbdir. Milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərə söykənən bu irs Qələbəyə aparan yoldur”, - deyə o vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dəki səfirliyinin konsulu Mahmud Mahmudov, Dallas Universitetinin müəllimi, astrofizika üzrə professor Dürdanə Balakişiyeva, jurnalist Sofiya Tabarovskaya ulu öndərlə, onun ABŞ-a və Hyustona səfərləri ilə bağlı xoş xatirələrini bölüşüblər. Sofya Tabarovskayanın Heydər Əliyevin 30 il öncə Texasa səfəri zamanı yerli radioya müsahibəsinin bir hissəsini səsləndirməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Natiqlər Zəfər və Bayraq günlərinin xalqımızın və dünya azərbaycanlıların həyatında rolundan danışıblar.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın Heydər Əliyevlə bağlı xatirələri, azərbaycanlı tarixçi, “Bakının sirləri” televiziya layihəsinin müəllifi və teleaparıcı Fuad Axundovun tarixi hadisələrlə əlaqəli çıxışı tədbir iştirakçılarına video formatda çatdırılıb.

Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Böyük sənət hamısı” sənədli filminin nümayişi ilə davam edib.

Bədii hissədə Davud Əsgərlinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri, o cümlədən Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR