12-11-2023, 16:37 1392

İran səfiri riyakarlıq edir, yalanlar uydurur - RƏY

“İranın Ermənistandakı səfiri Mehdi Sübhani riyakarlıq edir, yalanlar uydurur, manipulyasiya edir”.

Bunu “AVESTA.AZ”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

“İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin Qarabağdan öz arzu və istəkləri ilə köçən ermənilər barədə dedikləri cəfəngiyatdır, heç bir reallığı əks etdirmir. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağdan ermənilərin köçü erməni separatçılarının və Ermənistan rəhbərliyinin təzyiqi ilə baş tutub. Yəqin İranın rəsmi orqanları, o cümlədən ölkənin Ermənistandakı səfiri bunu tam incəliyinə qədər bilir. Amma riyakarlıq edir, yalanlar uydurur, manipulyasiya edir. Hadisələrin incəliyindən hər kəs, o cümlədən İran tərəfi tam xəbərdardır”.

Deputat vurğulayıb ki, İran səfiri “Laçın” sərhəd keçid məntəqəsində ermənilərin nə üçün köçdüyü barədə onlara verilən sualların cavabını da bilməmiş deyil: “Əgər unudubsa, onun yadına salmaq olar ki, ermənilər “rəhbərlik deyir, köçün, biz də köçürük” deməklə onların hüquqlarının kim tərəfindən pozulduğuna bir daha aydınlıq gətirilər. Bütün suallara cavab ortada olduğu bir vaxtda Mehdi Sübhaninin “yeni Amerika kəşf etməsi”nə ehtiyac da qalmır.

İran prezidenti İbrahim Rəisinin Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı dediyi fikirlərlə onun ölkəsini Ermənistanda rəsmi olaraq təmsil edən səfirin açıqlamasının üst-üstə düşməməsi, ya da təxribata yol verməsi, bu məsələni yenidən gündəmə gətirməsi başqa mətləblərdən xəbər verir.

Belə çıxır ki, ya İranın Ermənistandakı səfiri Tehranın yürütdüyü siyasətdən bixəbərdir, ya da ölkəsinin prezidenti, Rəisinin mövgeyindən fərqli siyasət yürüdür. Hər iki hal səfir üçün qəbahət və böyük siyasi səhv sayılır. Bir tərəfdən İran Azərbaycana Qarabağ məsələsinin tam bitdiyini qəbul etdiyini deyir, digər tərəfdən isə Ermənistana başqa vədlər verir. Əgər belə deyilsə, onda İranın Xarici İşlər Nazirliyi Ermənistandakı səfirin bu alıqlamasına aydınlıq gətirsin, ona siyasi qiymət versin”.

İran səfiri Sübhani Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsindən danışırsa, buna israr edirsə çomağın iki başının olduğunu da unutmasın: “Unutmasın ki, öz müqəddəratını təyinetmə hüququndan danışanda ilk olaraq İrandakı azərbaycanlıların hüquqlarını tanısın. İranda yüz min erməni var, amma onların bütün hüquqları tanınıb, azərbaycanlılar isə 40 milyondur, amma öz dillərində nə bir məktəbi, nə qəzeti, ümumiyyətlə, heç bir hüquqları tanınır.

Bu ölkənin bütün rəsmiləri diplomatik etiketlərə, qaydalara, ölkələr arasında münasibətlərə, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə bir daha nəzər yetirmələri lazımdır. İranın Ermənistandaki səfirinin Azərbaycan torpağı olan Qarabağdan danışması ciddi siyasi səhvdir”.

Paylaş

Xəbər lenti

Azərbaycan Həndbol Federasiyasında maaşlar niyə ödənilmir? - AÇIQLAMA Bu gün, 16:48 Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb Bu gün, 16:48 Luis Okamponun Rusiyada yaşayan ermənilərlə Azərbaycana qarşı kampaniya üçün fond yaratdığı məlum olub Bu gün, 16:48 Çin nəhəngi yapon brendini ittiham etdi Bu gün, 16:48 Müğənni Tülay Özer vəfat edib Bu gün, 15:48 Salyanda Kür çayının hündürlüyü körpüyə qədər yüksəlib Bu gün, 15:48 Sabirabad rayonunda Kür çayı BƏNDİ YARDI - ANBAAN VİDEO Bu gün, 15:48 Bakıda WUF13-də BMT-ni 20-yə yaxın yüksəkvəzifəli nümayəndə təmsil edəcək Bu gün, 15:48 Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub Bu gün, 15:48 Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA Bu gün, 15:48 Hikmət Hacıyev: "Qafqazda beynəlxalq hüquqa əsaslanan yeni status-kvo yaranır" Bu gün, 15:48 Sabunçudakı ruhi - əsəb dispanserindən xəstələrin qaçması xəbəri YALANDIR Bu gün, 15:48 Hacıyev: Azərbaycan WUF13-də öz bərpa təcrübəsini bölüşməyə hazırdır Bu gün, 15:48 Azərbaycanda bir vəkilə töhmət verilib, birinə isə xəbərdarlıq edilib Bu gün, 14:48 İctimai nəqliyyatda əlavə vəsait tutulması məsələsinə RƏSMİ REAKSİYA Bu gün, 14:48 "Zirə Broyler"in direktorunun ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏB Bu gün, 14:48 "Qarabağ" "Neftçi" ilə oyunda azarkeşlərin davranışına görə 8000 manat cərimələnib Bu gün, 14:48 "Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev və Abbas Hüseynov Əvəzedicilər Liqasında qol vurublar Bu gün, 14:48 MM hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi I oxunuşda qəbul edib Bu gün, 14:48 İrandan Azərbaycana 55 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Bakıda dəm qazından zəhərlənərək ölən direktorun yerinə YENİ TƏYİNAT Bu gün, 14:48 İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək Bu gün, 14:48 Nərimanovda 2, 3, 4 otaqlı və studiya premium təmirli mənzillərin satışı davam edir! - "Kristal" Bu gün, 14:48 İsveçrədə 31 yaşlı şəxs "öz krallığını" elan etdi: 117 min kvadratmetr ərazini ələ keçirdi Bu gün, 14:48 Nərimanovda həyətə quraşdırılan şlaqbaumlar söküldü Bu gün, 14:48 Trampa sui-qəsd cəhdi ilə bağlı yeni görüntülər yayımlandı Bu gün, 14:48 Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir Bu gün, 13:48 Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib Bu gün, 13:48 Gender bərabərliyinin təmini məqsədilə əməkhaqqına dair yeni tələb müəyyənləşir Bu gün, 13:48 Hikmət Hacıyev diplomatik korpusun Qarabağa səfəri ilə bağlı video paylaşıb Bu gün, 13:48 Nərimanovda həyətə quraşdırılan şlaqbaumlar narazılıq yaratdı Bu gün, 13:48 Aİ Metanı uşaqların təhlükəsizliyi ilə bağlı cərimələyə bilər Bu gün, 13:48 Alimlər beyinlə əlaqə qura bilən süni sinir hüceyrələri hazırlayıblar Bu gün, 13:48 Çin avtomobillərinin ən həssas hissəsi açıqlandı Bu gün, 13:48 Avropa İttifaqının əhalisi 2100-cü ilədək 53 milyon azalacaq Bu gün, 13:48 "Neftçi"nin qapıçısı Emil Balayev: "Meydana çıxan hər oyunçu futbol fəlsəfəmizi bilir" Bu gün, 12:48 Kanalizasiya borularını oğurlayan şəxs saxlanılıb Bu gün, 12:48 Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır Bu gün, 12:48 Toy karvanları quranlara XƏBƏRDARLIQ Bu gün, 12:48 Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaq Bu gün, 12:48 Tim Kuk: iPhone 17-yə tələbat rekord həddə çatıb Bu gün, 12:48 Milli Məclis beynəlxalq sənədi ratifikasiya etdi Bu gün, 12:48 Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb Bu gün, 12:48 Lənkəranda tullantı suları dənizə axıdıldı - TƏDBİR GÖRÜLDÜ Bu gün, 12:48 Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq Bu gün, 12:48 Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək Bu gün, 11:48 Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib Bu gün, 11:48 Alimlər Süd Yolu qalaktikasının sərhədlərini müəyyənləşdirib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR