12-11-2023, 16:17 970

İranın Ermənistandakı səfirinin bəyanatı beynəlxalq hüquqa və Prezident Rəisinin mövqeyinə ziddir - RƏY

İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin müsahibəsində səsləndirdiyi bəyanatlar beynəlxalq hüquqa, İranla Azərbaycan arasında qonşuluq münasibətlərinə və İran Prezidentinin Özbəkistanda ifadə etdiyi mövqeyə ziddir.

Bunu “AVESTA.AZ”a açıqlamasında Milli Məclisin üzvü Bəhruz Məhərrəmov deyib.

“Bilirsiniz ki, cəmi 3 gün öncə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti ilə görüşündə Seyid İbrahim Rəisi açıq mətnlə ifadə etdi ki, biz Qarabağın uzun illərdən sonra öz əzəli ərazisinə qovuşmasına çox sevinirik: “Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi”.

İran Prezidentinin məlum mövqeyi beynəlxalq hüququn aliliyi və müəyyən müddət davam etmiş siyasi gərginliyin ardınca çox qiymətli gediş idi və Azərbaycanda bütün səviyyələrdə haqlı olaraq alqışlanmışdı. Lakin cəmi iki gün sonra İranın səfirinin bu bəyanatı və Azərbaycana münasibətdə başından böyük çağırışları qəbuledilməzdir.

Rəsmi Tehran ən azı öz Prezidentinin mövqeyinə hörmət naminə məsələyə aydınlıq gətirməli, ermənidən çox daşnaklıq edən, diplomatik etiketdən xəbəri olmayan səfiri ilə bağlı tədbirlər görməlidir. Bu halda səfirin davranışlarının özfəaliyyət olduğuna inanar, Tehranın isə xoşagəlməz gərginliyin ardınca yaxşılaşan İran-Azərbaycan münasibətlərinə səmimi şəkildə töhfə vermək niyyətinə şübhə etmərik”, - deputat qeyd edib.

Onun sözlərinə görə, ümumilikdə səfirin bu bəyanatının yalnız yenidən yaxşılaşmaqda olan Azərbaycan-İran münasibətləri yox, bütövlükdə beynəlxalq hüquq adına yolverilməzliyi nəzərə alınmalıdır: “Əgər beynəlxalq hüquq prizmasından yanaşsaq, “Qarabağ əhalisinin öz müqəddəratını təyin etmə hüququndan” danışan səfir qanmalıdır ki, "əhali" anlayışı 1933-cü il Montevideo Konvensiyası ilə dövlətin əlamətlərindən biridir, Qarabağ adlı isə dövlət yoxdur. İkincisi, "xalqların öz müqəddəratını təyin etməsi" məsələsinə gəlincə, bölgəyə sonradan gəlmə olsalar belə, erməni xalqı artıq öz müqəddəratını həll edib, ermənilər üçün Qərbi Azərbaycan torpaqlarında erməni dövləti qurulub. Yenidən Azərbaycan torpaqları hesabına ikinci erməni dövlətinin qurulması isə mümkün deyil. Buna nə heç kimin cürəti, nə də imkanı çatar.

Yaxın 3 il ərzində ərazi bütövlüyümüz və suverenliyimizə dil və əl uzadıb qarşımızda səf tutanların Vətən müharibəsində və antiterror tədbirlərindəki taleyi heç kim üçün sirr deyil. Əgər səfirin iddia etdiyi kimi, Tehran yeni erməni özmüqəddəratı prosesində maraqlıdırsa, İranda yaşayan 500 minə yaxın erməni üçün fars torpaqlarında ikinci erməni dövləti qura bilər. Əgər İran bu mövqeyi bölüşmürsə, o zaman səfirinin xaltasını dartmalıdır”.

Digər vacib məqam, müasir beynəlxalq hüquqda xalqların öz müqəddəratını təyin etməsi prinsipi beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipinə zidd olmamaqla baş tuta bilər: “Yenə də, İran səfiri əksini düşünürsə, cənub qonşumuzun Xarici İşlər Nazirliyi səfirin İran Prezidentinin açıqlamaları ilə daban-dabana zidd çərənləməsinə münasibət bildirmir və partizanlıq edən diplomatını cəzalandırmırsa, o zaman Tehran da 30 milyonluq Cənubi Azərbaycan əhalisinin təməl haqları və öz müqəddəratı məsələsinin müzakirəsinə hazır olmalıdır”.

Paylaş

Xəbər lenti

Alyona Əliyeva rəssam Rəşad Mehdiyevin sərgisinin açılış mərasimindən paylaşım edib Bu gün, 18:48 IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI Bu gün, 18:48 Nyu-York merinin Azərbaycana qarşı qaralama kampaniyasına cavab olan petisiyanı İMZALA! Bu gün, 18:48 İtkinlərin taleyi və mina müharibəsi: Humanitar hüququn sistemli pozuntusu Bu gün, 18:48 Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb Bu gün, 18:48 Belarus Azərbaycanda bir sıra sənaye layihələrinin həyata keçirilməsində maraqlıdır Bu gün, 17:48 Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib Bu gün, 17:48 Tender qarantiyasını "Yelo İnternet Bankçılıq"da tam onlayn əldə et! Bu gün, 17:48 Azad edilmiş ərazilərdə bir ayda 460 mina, 3410 PHS aşkarlanıb Bu gün, 17:48 İran: ABŞ-nin hərbi əməliyyat xərcləri 100 milyard dollar olub Bu gün, 17:48 Tofiq Əsgərova yüksək vəzifə verildi Bu gün, 17:48 Vuçiç: Serbiyanın "nüvə silahı hazırlaması" iddiaları absurddur Bu gün, 17:48 Sabirabad rayonunda Kür çayının məcrası genişləndi - ANBAAN VİDEO Bu gün, 17:48 Prezidentin köməkçisi: İtkin düşən 4 minə yaxın Azərbaycan vətəndaşı ilə bağlı Ermənistana müraciət etmişik Bu gün, 17:48 Xarici diplomatlar Şuşada bərpa işləri ilə tanış olublar Bu gün, 17:48 Azərbaycan Həndbol Federasiyasında maaşlar niyə ödənilmir? - AÇIQLAMA Bu gün, 16:48 Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb Bu gün, 16:48 Luis Okamponun Rusiyada yaşayan ermənilərlə Azərbaycana qarşı kampaniya üçün fond yaratdığı məlum olub Bu gün, 16:48 Çin nəhəngi yapon brendini ittiham etdi Bu gün, 16:48 Müğənni Tülay Özer vəfat edib Bu gün, 15:48 Salyanda Kür çayının hündürlüyü körpüyə qədər yüksəlib Bu gün, 15:48 Sabirabad rayonunda Kür çayı BƏNDİ YARDI - ANBAAN VİDEO Bu gün, 15:48 Bakıda WUF13-də BMT-ni 20-yə yaxın yüksəkvəzifəli nümayəndə təmsil edəcək Bu gün, 15:48 Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub Bu gün, 15:48 Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA Bu gün, 15:48 Hikmət Hacıyev: "Qafqazda beynəlxalq hüquqa əsaslanan yeni status-kvo yaranır" Bu gün, 15:48 Sabunçudakı ruhi - əsəb dispanserindən xəstələrin qaçması xəbəri YALANDIR Bu gün, 15:48 Hacıyev: Azərbaycan WUF13-də öz bərpa təcrübəsini bölüşməyə hazırdır Bu gün, 15:48 Azərbaycanda bir vəkilə töhmət verilib, birinə isə xəbərdarlıq edilib Bu gün, 14:48 İctimai nəqliyyatda əlavə vəsait tutulması məsələsinə RƏSMİ REAKSİYA Bu gün, 14:48 "Zirə Broyler"in direktorunun ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏB Bu gün, 14:48 "Qarabağ" "Neftçi" ilə oyunda azarkeşlərin davranışına görə 8000 manat cərimələnib Bu gün, 14:48 "Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev və Abbas Hüseynov Əvəzedicilər Liqasında qol vurublar Bu gün, 14:48 MM hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi I oxunuşda qəbul edib Bu gün, 14:48 İrandan Azərbaycana 55 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Bakıda dəm qazından zəhərlənərək ölən direktorun yerinə YENİ TƏYİNAT Bu gün, 14:48 İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək Bu gün, 14:48 Nərimanovda 2, 3, 4 otaqlı və studiya premium təmirli mənzillərin satışı davam edir! - "Kristal" Bu gün, 14:48 İsveçrədə 31 yaşlı şəxs "öz krallığını" elan etdi: 117 min kvadratmetr ərazini ələ keçirdi Bu gün, 14:48 Nərimanovda həyətə quraşdırılan şlaqbaumlar söküldü Bu gün, 14:48 Trampa sui-qəsd cəhdi ilə bağlı yeni görüntülər yayımlandı Bu gün, 14:48 Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir Bu gün, 13:48 Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib Bu gün, 13:48 Gender bərabərliyinin təmini məqsədilə əməkhaqqına dair yeni tələb müəyyənləşir Bu gün, 13:48 Hikmət Hacıyev diplomatik korpusun Qarabağa səfəri ilə bağlı video paylaşıb Bu gün, 13:48 Nərimanovda həyətə quraşdırılan şlaqbaumlar narazılıq yaratdı Bu gün, 13:48 Aİ Metanı uşaqların təhlükəsizliyi ilə bağlı cərimələyə bilər Bu gün, 13:48 Alimlər beyinlə əlaqə qura bilən süni sinir hüceyrələri hazırlayıblar Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR