
Litvada prezident seçkiləri ilə bağlı kampaniyaya start verilib.
“AVESTA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, kampaniyaya ölkənin əsas seçki komissiyasının qərarı ilə səsverməyə altı ay qalmış başlayır.
Litva Mərkəzi Seçki Komissiyasının qeyd etdiyi kimi, ölkədəki partiyalar seçki komissiyasında öz namizədlərini qeydə ala bilərlər.
Qeyd edək ki, prezident seçkiləri 2024-cü il mayın 12-nə təyin edilib və heç bir namizəd səs çoxluğunu qazanmasa, ikinci turun mayın 26-da keçiriləcəyi ehtimal edilir.
Litva parlamentli respublikadır, ölkədə prezidentin səlahiyyətləri məhduddur. Hazırda bu vəzifəyə dörd namizəd var - Litva ordusunun keçmiş komandanı, istefada olan general-leytenant Valdas Tutkus, Kazlu Ruda şəhərinin meri Mantas Varaska, ölkənin keçmiş səhiyyə naziri Aureliyus Veriqa və hazırkı baş nazir İnqrida Simonyte. Eyni zamanda, Litvanın hazırkı rəhbəri Gitanas Nausedanın da səsvermədə iştirak etmək imkanı var, lakin o hələlik bu məsələ ilə bağlı mövqeyini bildirməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.