
Rusiyanın Kamçatka diyarının inzibati mərkəzi Petropavlovskun yaxınlığında 5,2 maqnitudalı zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə Kamçatka diyarının hökuməti bildirib.
Bildirilib ki, yeraltı təkanların ocağı regionun paytaxtından 85 km aralıda yerləşib. Episentr 32 dərinlikdə olub.
Rusiya KİV-də yayılan görə, zəlzələ mərkəzi şəhərdə hiss olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.