
“Azad edilən ərailərdə yeni səhiyyə strukturlarının yaradılması və tibbi xidmətlərin təşkili məqsədilə investisiya vəsaitələrinin də bu istiqamətə yönəldilməsi yaxşı olardı”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, bu gün ölkədə səhiyyə üzrə 18 dövlət proqramı həyata keçirilir və ən ağır xəstəlikləri əhatə edir: “Proqramların icrası üçün gələn ilin dövlət büdcəsindən 265 milyon manat ayrılması nəzərdə tutulub. Hesab edirəm ki, bu vəsait müvafiq proqramların adekvat həyata keçirilməsi üçün çox azdır. Ona görə bu proqramların icbari tibbi sığortaya cəlb olunması daha uyğun olardı”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.