15-11-2023, 15:49 470

Siyasi partiyalar Xankəndi şəhər təşkilatları təsis etməyə hazırlaşır - SORĞU

Azərbaycanın siyasi partiyaları Xankəndi şəhər təşkilatlarını təsis etməyə hazırlaşırlar.

“Report” sözügüdən məsələ ilə əlaqədar partiya sədrləri və fuksionerləri arasında sorğu keçirib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, deputat Azər Badamov funksioneri olduğu partiyanın 700 mindən çox üzvünün olduğunu bildirib: " Məhz YAP-ın iqtidarda olduğu dövrdə Azərbaycan inkişaf edib, iqtisadi və siyasi müstəqilliyə nail olunub və 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımız azad edilərək suverenliyimiz tam bərpa edilib. Artıq həmin ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da işğaldan azad olunmuş ərazilərdə yerli təşkilatlarını yaradırlar".

Onun sözlərinə görə, YAP üzvüləri arsında çoxsayılı keçmiş məcburi köçkünlər var: "O cümlədən Xankəndidən olan keçmiş məcburi köçkün üzvlərimiz də var. Təbii ki, keçmiş məcburi köçkünlərimizin Xankəndiyə qayıtmasına paralel olaraq, orada YAP-ın yerli strukturları da formalaşdılacaq. İnanıram ki, Xankəndidə yaşamağa davam edən ermənilər də YAP-a üzv olmaq üçün müraciət edəcəklər. Çünki YAP dünənin, bu günün və gələcəyin partiyasıdır".

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, partiyanın 10 il öncə Xankəndi şəhər təşkilatı fəaliyyətə başlayıb, lakin bir müddət sonra təşkilat öz fəaliyyətini dayandırıb. Partiya sədri, həmçinin qeyd edib ki, hazırda Xankəndi şəhər təşkilatının fəaliyyətinin bərpası və genişləndirilməsi nəzərdə tutulur.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qeyd edib ki, Azərbaycanın digər şəhərlərində olduğu kimi, Xankəndi şəhərində də partiya təşkilatı yaradılacaq: “Lakin bunun üçün Böyük Qayıdış Proqramı çərçivəsində ciddi işlər görülməli, işğaldan azad edilmiş ərazilərdə mina problemi aradan qaldırılmalı və bu ərazilərə normal həyat qayıtmalıdır. Ondan sonra nəinki Qarabağ İqtisadi Rayonunda, işğaldan azad edilmiş bütün ərazilərdə partiya təşkilatları yaradılacaq”.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, indiyədək partiyanın Xankəndi şəhər təşkilatı olmayıb: “Lakin yaxın zamanda Xankəndi partiya təşkilatının yaradılması üçün işlər aparılır”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da deyib ki, indiyədək partiyanın Xankəndi şəhər təşkilatı olmayıb. Lakin işğaldan azad edilmiş ərazilərə normal həyat qayıtdıqdan sonra Xankəndi şəhər təşkilatının da yaradılması planlaşdırılır.

Müsavat Partiyası başqanı Arif Hacılının sözlərinə görə, partiyanın Xankəndi şəhər təşkilatı fəaliyyət şəraitinin məhdudluğu ucbatından hazırda geniş işlər görülmür: "Lakin əvvəlki illərdə Xankəndi seçki dairəsindən deputatlığa namizəd də irəli sürülüb. Hazırda yaranmış yeni reallıqlar fonunda hesab edirəm ki, Müsavat Partiyası Xankəndi şəhər təşkilatının fəaliyyətini gələcəkdə daha da genişləndirəcək”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə deyib ki, işğaldan azad edilmiş bəzi rayonlar üzrə partiya təşkilatı olsa da, məhz Xankəndi şəhər təşkilatı olmayıb. "Lakin yeni reallıqlar fonunda siyasi bir mesaj kimi partiyamızın Xankəndi şəhər təşkilatının yaradılması üçün addımlar atacağıq", - o qeyd edib.

Ümid Partiyasının sədri İqbal Ağazadə də bu günə qədər partiyanın Xankəndi şəhər təşkilatının olmadığını deyib: “İşğaldan azad edilmiş ərazilərə həyat qayıtdıqdan sonra mütləq Ümid Partiyasının da Xankəndi şəhər təşkilatı yaradılacaq".

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa partiyanın bundan öncə Xankəndi şəhər təşkilatının yaradılmadığını bildirib: “Təbii ki, işğaldan azad olunmuş ərazilərə həyat qayıtdıqdan və Xankəndi şəhərindən partiyamıza üzvlər olduqdan sonra Xankəndi şəhər təşkilatı da yaradılacaq”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə qeyd edib ki, partiyanın Xankəndi şəhər təşkilatı hər zaman olub: “Lakin işğalla əlaqədar partiya fəaliyyətini genişləndirmək mümkün olmayıb. Xankəndiyə böyük qayıdış başladıqdan sonra burada konfrans keçirəcək və Xankəndi şəhər təşkilatını yenidən təsis edəcəyik”.

Qeyd edək ki, Xankəndi 1991-ci il dekabrın 26-da Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni separatçılar tərəfindən işğal ediləndən sonra yaradılan qondarma Dağlıq Qarabağ Respublikasının "paytaxtı" idi. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhərinə giriş-çıxış Rusiya sülhməramlılarının müvəqqəti nəzarətinə keçib, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilib. Bu ilin sentyabr ayının 19-20-də lokal xarakterli antiterror əməliyyatlarından sonra Azərbaycan polisləri şəhərə nəzarəti tam bərpa edib. 15 oktyabr 2023-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.

Paylaş

Xəbər lenti

Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Dünən, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Dünən, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR