15-11-2023, 17:28 421

Əli Əsədov:

"Su ehtiyatlarının həm transsərhəd, həm də yerli miqyasda qorunması Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhasekinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Görüşdə Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunun önəmi vurğulanıb. Forumun meteorologiya sahəsində türkdilli dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə geniş imkanlar yaradacağına əminlik ifadə olunub.

2021-ci ildə Ankarada keçirilən I Meteorologiya Forumu çərçivəsində Türk Dünyası Meteorologiya Birliyinin yaradılması haqqında qəbul edilən qərarın önəmi qeyd edilib. Birliyin yaradılmasının bölgədə iqlim dəyişmələrinə qarşı kollektiv mübarizənin əlaqələndirilməsi baxımından böyük əhəmiyyət daşıdığı bildirilib.

Tərəflər qlobal iqlim dəyişmələri çağırışlarına cavab vermək üçün türk dövlətləri meteorologiya xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinin, bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini qeyd ediblər.

Azərbaycanda meteorologiya sahəsinin modernləşdirilməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən işlər barədə məlumat verilib. Azərbaycanda Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətinin Ümumdünya Meteorologiya Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi sahəsində davamlı tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Hidrometeoroloji hadisələrin proqnozlaşdırılması ilə bağlı müasir standartlara cavab verən yeni erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində hazırlıq işlərinin davam etdirildiyi qeyd edilib.

Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti ilə Türkiyənin Baş Meteorologiya İdarəsi arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. İki qurum arasında mütəmadi qaydada təcrübə mübadiləsinin həyata keçirildiyi bildirilib.

Həmçinin Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə səyləri yüksək qiymətləndirilib. Vurğulanıb ki, 2020-ci ildən Azərbaycan Türkiyənin "Gələcəyə nəfəs!" şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına qoşulub, ötən dövr ərzində layihə çərçivəsində ölkə ərazisində yüz minlərlə ağac əkilib.

Türkiyə nümayəndə heyətinə Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan torpaqlarına dəymiş ekoloji ziyan barədə məlumat verilib.

Hazırda həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində ekologiyanın, bioloji müxtəlifliyin, su bioresurslarının, təbiət abidələrinin bərpası üzrə tədbirlər həyata keçirilir.

Bu istiqamətdə Türkiyə ilə əməkdaşlığın önəmini qeyd edən Ə.Əsədov Cəbrayıl rayonu ərazisində birgə həyata keçirilən “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması işlərinin davam etdirildiyini bildirib.

Eyni zamanda su resurslarının idarə edilməsi məsələsinə toxunan Ə.Əsədov su ehtiyatlarının həm transsərhəd, həm də yerli miqyasda qorunmasının Azərbaycan üçün strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Bu baxımdan Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi ilə bağlı iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi gündəlikdə duran aktual məsələ kimi qiymətləndirilib

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR