16-11-2023, 16:32 472

Nikol Paşinyandan revanşistlərə sərt mesaj - Qarabağ kartını yerə qoyun - ŞƏRH

Ermənistan baş naziri Nikol Paşinyan sensasion sayıla biləcək açıqlamalarla çıxış edib. Parlamentdə noyabrın 16-da dövlət büdcəsinin müzakirələri zamanı deputatlara Qarabağla bağlı bir sıra etirafları, həqiqətləri söyləyib ki, bu da bir çox məqamları ilə önəmli sayıla bilər.

Ən mühümü odur ki, Nikol Paşinyan Ermənistanın özündən əvvəlki dövlət başçılarının indiyə qədər cürət edib deyə bilmədiklərini dilə gətirib. Bildirib ki, ATƏT-in 1996-cı il Lissabon sammiti ilə Qarabağ məsələsi artıq mövcudluğunu itirib. Yəni, ikinci erməni dövlətinin yaranması mümkünsüz olub. Məhz həmin sammitə qədər o vaxtkı hakimiyyət ümid edirdi ki, işğal altında saxladığı Azərbaycan torpaqlarında qanunsuz hərbi birləşmələrə qanuni don geyindirə biləcək. Lakin Azərbaycanın sammitdə əldə etdiyi nəticə ermənilərin arzularını puç etmiş oldu.

Baş nazirin Qarabağ məsələsindən necə bezdiyini aşağıdakı cümlələrlə çox gözəl müşahidə etmək mümkündür: “Qarabağ məsələsi erməni dövlətçiliyinin möhkəmlənməsinə qarşı alət kimi istifadə olunub”. Nikol Paşinyan sonrakı illərdə yaşananlara da bu kontekstdən yanaşıb.

Hökumət başçısının bu etirafı müəyyən mənada Qərb strukturlarına və dövlətlərinə, o cümlədən xaricdəki erməni lobbisinə də ünvanlanıb.

“Qarabağ məsələsində istədiyimizə, ən azı 1996-cı ildə keçirilən ATƏT-in Lissabon sammitindən sonra nail olmaq mümkün deyildi. Bu sammitdə Ermənistan istisna olmaqla, konsensusa qoşulanların hamısı rəsmi görüşlərin qapalı hissəsində və ziyafətlərdə bizi Qarabağ məsələsi ilə bağlı istəklərimizin mümkün olduğuna və bunun mütləq baş verəcəyinə inandırdı və bizi hər zaman ruhlandırdı, amma bununla yalnız bir məqsəd güdürdülər - Ermənistan dövlətinin formalaşmasının qarşısını almaq”, - Paşinyan bildirib.

Baş nazir sonralar yaşananları da məhz Lissabon sammiti ilə əlaqələndirir. 1999-cu il 27 oktyabrında parlamentin gülləbaran edilməsi, 2020 və 2023-cü il hadisələrini də bu kontekstdə nəzərdən keçirib. Hökumət başçısının bu etirafları böyük ehtimalla növbəti dəfə müxalifət tərəfindən xəyanətkar addım kimi dəyərləndiriləcək.

Proseslərə obyektiv qiymət verməyə məcbur qalan Nikol bununla açıq bildirib ki, məhz 1996-cı ildən sonra ikinci erməni dövlətinin yaradılmasını bir arzu olaraq qalacağı məlum olub. Bunu da Nikoldan əvvəl Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bildirirdi. Onun siyasi taleyinin necə olduğu da bəllidir. O, Qarabağdan imtina edilib, Azərbaycanla danışıqlara gedilməlidir deyən kimi istefa verməyə məcbur edildi.

Ermənistanın hərbi xərclərini iki dəfə artırmasına toxunan Nikol Paşinyan deputatları inandırmağa çalışıb ki, bu, müharibəyə deyil, sülhə hazırlıqdır: “Qonşu ölkələr bilir ki, Ermənistan heç kimə hücum etmək istəmir”.

Baş nazir bu ilin sentyabr ayında Qarabağda Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxaran antiterror tədbirlərindən sonra ilk dəfə bildirib ki, qonşu dövlətlər əmindir ki, Ermənistanın hər hansı bir aqressiv məqsədləri yoxdur. Orduda islahatların aparılması ilə bağlı narahatlıqlara gəldikdə, bunu əsassız adlandırıb.

Xatırladaq ki, 2024-cü il üçün Ermənistanın dövlət büdcəsi layihəsində hərbi xərclər 1,4 milyard dollar nəzərdə tutulub.

Azərbaycanla sülh müqaviləsinin yaxın aylarda imzalanması da baş nazirin toxunduğu məsələlərdən olub. Lakin nəzərə alaq ki, bununla bağlı bir neçə dəfə ziddiyyətli fikirlər səsləndirib. Bu səbəbdən də bunu adi bir bəyanat kimi qəbul etmək olar. Sadəcə, bu dəfə əminliklə deyib ki, sülh üçün rəsmi İrəvanda siyasi iradə var və bu iradə sarsılmazdır.

Onun sözlərinə görə, Azərbaycanla sülhün üç əsas prinsipi razılaşdırılıb. Nikol Paşinyan deyib ki, söhbət ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, bir-birinə qarşı ərazi iddiasının olmamasından, suverenliyin və yurisdiksiyanın tanınması əsasında regional kommunikasiyaların açılması prinsiplərindən gedir.

Beləliklə, ümid etmək olar ki, Nikol Paşinyan bu bəyanatlarından sonra bir daha mövqeyini dəyişməyəcək.

Qeyd edək ki, baş nazirlə yanaşı, parlament rəhbəri Alen Simonyan da vurğulayıb ki, ilin sonuna qədər İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına az da olsa güman var: “Ümid edirik ki, sülh müqaviləsi imzalanacaq. Belə ki, baş nazirin də dediyi kimi, üç əsas prinsip üzrə razılıq əldə edilib”.

Nikolun fikirləri əslində ermənilər üçün qalmaqallı, ən əsası üzücü sayıla bilər. Bu etiraf dolu açıqlamaları ilə onun birdəfəlik Qarabağla bağlı iddialardan əl çəkildiyni müşahidə edə bilərik. Bu, həm də revanşistlərə, onlara dəstək verən Qərb dövlətləri üçün bir mesajdır. Baş nazir sadəcə qorxudan ad çəkmək istəməyib. Üstüörtülü şəkildə onlara çatdırıb ki, imkan verin öz yolumuz ilə gedək.

Digər bir məsələ də ondan ibarətdir ki, separatçılara bundan sonra hər hansı hərəkət aparmalarına imkan verilməyəcək. Nikol Paşinyan bunu ən yaxın adamı hesab olunan Alen Simonyan vasitəsilə edib. Bildirib ki, Qarabağ separatçılarına Ermənistanda hər hansı bir institut yaratmağa imkan verilməyəcək. Onun sözlərinə görə, İrəvanın separatçıların hansısa təşkilatını maliyyələşdirmək planı yoxdur. Spiker Qarabağla bağlı hər hansı institutların yaradılması cəhdini Ermənistanın təhlükəsizliyinə təhdid və zərbə sayıb, həmkarlarını da belə mövqe sərgiləməyə çağırıb.

Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, Ermənistan rəhbərliyi uzun illər Azərbaycan tərəfinin söylədiyi həqiqətləri nəhayət ki, qəbul etməyə başlayıb. Bunlardan ən əsası Qarabağ məsələsinin Ermənistan dövlətinin mövcudluğuna təhlükə olmasını etiraf etməkdir.

Etiraf faktı qəbuletmə mərhələsinin başladığını nümayiş etdirir. Bundan sonra isə mövcud reallıqlara uyğun addımlar atılmalıdır ki, bunun üçün də müəyyən zaman tələb olunur.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR