
Qazaxıstanının Şımkent şəhəri ilə Gəncə arasında əməkdaşlıq haqqında sənədin imzalanması planlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Şımkent şəhərinin nümayəndə heyətinin üzvü, məsləhət katibi Bahadır Narımbetov Bakıda Qazaxıstanın turizm potensialına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda bu məsələ üzərində iş aparılır.
“Azərbaycan və Qazaxıstan qardaş ölkələrdir. Xalqlarımızı ümumi tarix, mədəniyyət və din birləşdirir”, - Narımbetov bildirib.
O, dövlət başçılarının ikitərəfli münasibətlərin inkişafına təkan verdiklərini əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.