18-11-2023, 12:39 879

Azərbaycanlı döyüşçü: “Adımı dünyada tanıtmaq üçün çox şeyi qurban verdim”

“Adımı dünyada tanıtmaq üçün çox şeyi qurban verdim”

Bunu “Report”un Gürcüstan bürosuna müsahibəsində kikboks növü üzrə yeddiqat dünya çempionu Alim Nəbiyev deyib.

29 yaşlı döyüşçü çətinliklərə daim sinə gərməyi bacardığını bildirib: “Hər şeyim olduğu vaxtlarda hamı yanımda idi. Yarışdan evə gələndə tanımadığım insanlar gəlib qapımı döyürdülər. Ancaq bəzən uduzduğum zaman yanımda heç kim olmayıb, təyyarədən düşüb taksi ilə evə tək getmişəm. Zirvədə də olmuşam, dibi də gömüşəm. Həyatın hər üzünü görmüşəm, amma heç nə məni ruhdan salmayıb. Yalnız irəli getmişəm. Yaşananlar mənə daha çox stimul verib. Azərbaycanda mənə dəstək olan çox yaxın dostlarım var. 7 ildir yolumu “Qəbələ” İdman Klubu ilə davam etdirirəm. İdmançıya ən vacib olan dəstəkdir. İdmançılara daha çox dəstək olsalar, çempionların sayı artar. Şükürlər olsun ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan bayrağını dalğalandırmaq üçün dayanmadan çalışırıq”.

2016-cı ildə muay-tay üzrə (WMC) yüngül çəkidə dünya çempionu olan A.Nəbiyev karyerasının əvvəllərində üzləşdiyi çətinliklərdən bəhs edib: “Ən azı 5 il məşqdən başqa heç nəyi düşünməmişəm. Dünyadan təcrid olunaraq, idman zalında həyatımı keçirmişəm. Evimi, ailəmi, dostlarımı, yaxınlarımı görmürdüm. Boş vaxtım, demək olar ki, olmurdu. Yalnız məşqlərdə, təlim-məşq toplanışlarında olurdum. Yollarda olurdum, fərqli şəhərlərdə yaşayırdım, döyüşürdüm. Elə olurdu ki, ac qalırdıq, pulumuz, sponsorlarımız yox idi, dəstəksiz qalmışdıq. İlk vaxtlar səni heç kim tanımır. Bu üzdən dəstək olmaq istəyən yox idi. Zaman keçdikcə özümü göstərə bildim, qələbələr qazandım, məni tanımağa başladılar. Bundan sonra sponsorlar da oldu, dəstək də”.

İdmançı 10 yaşından məşqlərə başladını söyləyib: “Güclü olmaq istəyirdim. Gündə 2-3 dəfə məşq edirdim. Çempion olmağı arzulayırdım. Əvvəlcə ölkə daxilində çempion oldum. Sonra dedim ki, Avropa çempionu olacağam. Orada da birinci yeri tutduqdan sonra dünya çempionluğunu hədəflədim. Hazırda yeddiqat dünya, üçqat Avropa çempionuyam. İlk müəllimim ukraynalı Ruslan Krivuşa olub. İlk dəfə zala orada getmişəm. Ardından Niderlanda köçdüm. Denis adlı məşqçi ilə hazırlaşmağa başladım. Demək olar ki, dünyada bir nömrəli məşqçidir. Hazırda onunla müqavilə ilə məşq edirəm. Məni yarışlara hazırlayır. İldə 2-3 dəfə ora gedərək, məşqlərimi davam etdirirəm”.

Onun sözlərinə görə, uzun illər ərzində əməkdaşlıq etdiyi “Glory” təşkilatı ilə müqavilə müddəti artıq bitib: “İndi “Onefc” adlı təşkilatla yeni müqavilə imzalamalıyam, hazırda danışıqlar gedir. Yanvar-fevral aylarında döyüşüm olacaq. Amma ilk olaraq təlim-məşq toplanışı üçün Tailanda getməliyəm. Döyüşün dəqiq tarixi orada bəlli olacaq”.

Döyüşçü ən çətin rəqibinin adını da açıqlayıb: “Ən çətin döyüşüm niderlandlı Nieki Holzkenə qarşı olub. Çox təcrübəli və güclü idmançı idi. “Glory”də 7 il idi ki, çempionluğu əldən vermirdi. Üç raund döyüşdük, çətinliklə qələbə qazandım. Bu, həm də ən yaddaqalan döyüşümdür. Çünki ondan sonra idmanda yollarım açıldı. Çünki çox nüfuzlu idmançı idi. Ona qalib gələndən sonra bir çox böyük təşkilatlar mənimlə müqavilə bağlamaq istədilər. 20 yaşlı Alim Nəbiyevə baxanda görürəm ki, döyüşə, qələbəyə, şan-şöhrətə necə ac imişəm. Bir ildə 12 döyüş keçirməyə gücüm var idi. Bütün dünyada Alim Nəbiyevin kim olduğunu göstərmək istəyirdim. İndi isə 29 yaşım var. Bir il ərzində 12 döyüş keçirə bilmərəm. Maksimum 5-6 görüşdə iştirak edə bilərəm. Çünki artıq dünyada tanınıram, məqsədimə çatmışam”.

Alim Nəbiyev artıq yeni idmançılar yetişdirdiyini bildirib. O Gürcüstanda yaşayan azərbaycanlı uşaqlar üçün idman zalı açmağı planlaşdırır: “Uşaq vaxtı tanınmış idmançılara baxaraq, çempion olmaq arzusu ilə yaşayırdım. İndi isə uşaqlar mənə baxıb bu idman növünü sevirlər. Hazırda Gürcüstanda yaşayıram. Burada azərbaycanlı uşaqlar üçün idman klubu açmağı düşünürəm. Çox güclü və potensiallı uşaqlarımız var. Onları hazırlaşdırmaq, dünya arenalarına çıxarmaq istəyirəm. Hər biri dünya şöhrətli idmançılar olsun. Bütün dünya azərbaycanlıların gücünü bilməlidir. Planlarımız çoxdur. 20-yə yaxın perspektivli idmançımız var. Onlar yerli çempionatlarda özlərini doğrultsalar, Niderland, Fransa və digər böyük ölkələrdə döyüşmələri üçün maksimum çalışacağam”.

A.Nəbiyev sonda gənclərə də tövsiyə verib: “Hər kəs qarşısına məqsəd qoymalıdır. Hədəfsiz insan gözləri bağlı rinqə atılmış döyüşçü kimidir. Boşa zərbə atmaqla sadəcə enerjisini tükədir. Məqsədlı olmaq isə hədəfə dəqiq zərbə vurmaqdır”.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR