
Minifutbol üzrə növbəti Avropa çempionatının məkanı müəyyənləşib.
“AVESTA.AZ”un məlumatına görə, qitə birinciliyi 2024-cü ildə Bosniya və Herseqovinada təşkil olunacaq.
Turnir iyunun 1-9-u aralığında Sarayevo şəhərində keçiriləcək.
Qeyd edək ki, 2022-ci ildə Slovakiyanın evsahibliyi etdiyi son Avropa çempionatının qalibi Azərbaycan millisidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.