
Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsində ölən 2 nəfərin kimliyi məlum olub.
"AVESTA.AZ"un məlumatına görə, Zabrat şosesində sərnişin avtobusu yolu keçən 1981-ci il təvəllüdlü Neftalıyeva Şərifə Şakir qızı və Nigar Qasımovanı vurub.
Yaralılar aldıqları ağır xəsarətdən hadisə yerində ölüblər.
Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.