21-11-2023, 06:45 371

Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 31 il ötür.

"Report" xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ancaq o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü: separatizm meyilləri güclənirdi, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunların fonunda Ermənistan-Azərbaycan münaqişəsi, torpaq və insan itkiləri müstəqilliyin də itirilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı.

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.

Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.

1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.

Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi iqtisadi sahədə qazanılan uğurlardandır.

Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə demişdir: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.

Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.

Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Paylaş

Xəbər lenti

Buxarestdə Heydər Əliyevin xatirəsi anılıb Bu gün, 20:48 Azərbaycanı qlobal gücə çevirən strategiya Bu gün, 20:48 İranın zənginləşdirilmiş uranı ölkədən çıxarılmayınca müharibə bitməyəcək Bu gün, 20:48 Almanlar İrandakı müharibəyə görə şəxsi avtomobildən imtina edirlər Bu gün, 19:48 İran ABŞ-nin təklifinə Pakistan vasitəsilə cavab göndərdi Bu gün, 19:48 WUF13 könüllüləri Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləşmob keçiriblər Bu gün, 19:48 Azərbaycan cüdoçuları Avropa Kubokunda 9 medal qazanıblar Bu gün, 19:48 Xameneidən İran ordusuna yeni tapşırıq Bu gün, 18:48 Prezidentdən revanşist dairələrə XƏBƏRDARLIQ Bu gün, 18:48 Zəngilandan dünyaya verilən mesaj: Regionda sülhün və inkişafın əsas təminatçısı Azərbaycandır Bu gün, 18:48 Prezidentin Zəngilan sakinləri ilə səmimi anları Bu gün, 18:48 "Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşıb Bu gün, 17:48 Müşfiqabadda ağacəkmə aksiyası keçirilib Bu gün, 17:48 WUF13-də iştirak etmək üçün qeydiyyatdan keçən ölkə və şəxslərin sayı açıqlanıb Bu gün, 17:48 Qəzalı vəziyyətdəki işıq dirəyi təhlükə saçır Bu gün, 16:48 Xızıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib Bu gün, 16:48 Serbiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb Bu gün, 16:48 Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib Bu gün, 16:48 Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım edib Bu gün, 16:48 Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib Bu gün, 16:48 Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub Bu gün, 15:48 Xankəndidə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib Bu gün, 15:48 Sabir Rüstəmxanlı: "Heydər Əliyev Azərbaycan tarixində silinməz iz qoyub" Bu gün, 15:48 Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb Bu gün, 15:48 Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" Bu gün, 15:48 Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb Bu gün, 14:48 Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik Bu gün, 14:48 Alyona Əliyeva Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib Bu gün, 14:48 Bakıda mənzildə yanğın baş verib Bu gün, 14:48 "Haber Global" Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı süjet hazırlayıb Bu gün, 14:48 Dövlət Xidmətində Ümummilli Lider Heydər Əliyevə həsr edilən silsilə tədbirlər təşkil olunub Bu gün, 13:48 İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib Bu gün, 13:48 İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb Bu gün, 13:48 İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub Bu gün, 13:48 İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur Bu gün, 13:48 Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır Bu gün, 13:48 Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident Bu gün, 13:48 Prezident: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq Bu gün, 13:48 Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq Bu gün, 13:48 100 illik bina ilə bağlı diqqətçəkən vəziyyət Bu gün, 12:48 Emin Əmrullayevdən distant təhsillə bağlı YENİ AÇIQLAMA Bu gün, 12:48 Sabah havanın temperaturu 30 dərəcəyədək yüksələcək Bu gün, 12:48 Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək Bu gün, 12:48 XİN başçısı: İran Naxçıvana dron hücumunun araşdırılacağını Azərbaycan tərəfinə vəd edib Bu gün, 11:48 Bayramov: Ermənistanda seçkiqabağı kampaniyada Azərbaycana qarşı revanşizm nümayiş etdirilir Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir Bu gün, 11:48 Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır Bu gün, 11:48 İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb, "Zangilan City Park Hotel"in təməlini qoyub Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR