25-08-2022, 16:00 752

Azərbaycanda 11 il əvvəl törədilən qətl hadisəsinin üstü açılıb

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir xüsusilə ağır-qəsdən adam öldürmə cinayətinin üstünün açılması təmin edilib.

"Report"un xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Belə ki, 2011-ci il oktyabrın 31-də paytaxtın Xətai rayonu, NZS qəsəbəsi ərazisində yerləşən yaşayış binasının blokunda 1974-cü il təvəllüdlü Qurbanov İlkin Samir oğlunun üzərində zorakılıq əlamətlərinin izləri ilə meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Salahov Əhəd Bəxtiyar oğlunun yaxın dostluq, eyni zamanda qohumluq əlaqələri olan Firudin Məmmədovun zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişənin gedişində sonuncunun bilavasitə sifarişi və köməkliyi ilə qabaqcadan birgə hazırladıqları plana uyğun olaraq 2011-ci il oktyabrın 31-də saat 23 radələrində İlkin Qurbanovun evinin yaxınlığında bıçaqla ona çoxsaylı xəsarətlər yetirib öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa istintaq materiallarına əsasən hadisədən qısa müddət sonra, yəni həmin il noyabrın 4-də Firudin Məmmədov Bakı şəhəri, Xocalı prospektində avtomaşında sol dirsək oynağının ön səthini iti kəsici alətlə kəsərək intihar edib.
2022-ci il avqustun 24-də Əhəd Salahov Cinayət Məcəlləsinin 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

Paylaş

Xəbər lenti

"Marafon" İK dünyanın aparıcı klubları arasında gücünü sınayacaq Bu gün, 01:18 KİV: İran amerikalılara qarşı hücumlar hazırlayır Bu gün, 00:48 Tovuzda bıçaqlanan iki nəfərdən biri ölüb Bu gün, 00:48 Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Dayıoğlu bibioğlundan şikayətçidir: "Pul lazım idi, satmışam, yaxşı eləmişəm" Dünən, 23:48 Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb Dünən, 23:48 İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub Dünən, 23:48 Canni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi Dünən, 23:48 CNN: ABŞ Yaxın Şərqdən diplomat və onların ailələrini təxliyə edir Dünən, 22:48 Bakıda bu bağçada uşaqlara qarşı edilən zorakılıq DİN tərəfindən araşdırılır Dünən, 22:48 Famil Xəlilov: "Prezidentin komandanı təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək" Dünən, 22:48 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu Dünən, 22:48 Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb Dünən, 22:48 Sumqayıtda su fontan vurdu Dünən, 22:48 Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb Dünən, 21:48 "Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib Dünən, 21:48 Bakıda Zeytun Festivalının rəsmi açılışı olub Dünən, 21:48 Zelenski Ukraynada "Starlink"in işinin bərpa olunduğunu bildirib Dünən, 20:48 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat Dünən, 20:48 FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib Dünən, 20:48 Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib Dünən, 20:48 Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb Dünən, 20:48 Fransada etiraz aksiyasında gərginlik: Gözyaşardıcı qazdan istifadə edildi Dünən, 20:48 Kartdan-karta pul köçürənlərə vacib xəbər Dünən, 19:48 "Fars": Hörmüzdə neft tankerində partlayış baş verib Dünən, 19:48 İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub Dünən, 19:48 Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib Dünən, 19:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir - İDDİA Dünən, 18:48 57 yaşlı müğənni vəfat etdi Dünən, 18:48 Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb Dünən, 18:48 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat Dünən, 18:48 Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib Dünən, 18:48 İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib Dünən, 18:48 Azərbaycan Basketbol Liqası: "Ordu" NTD-ni məğlub edib Dünən, 17:48 Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək Dünən, 17:48 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı Dünən, 17:48 İki nəfərin öldüyü "Sabunçu keçidi"ndə hansı tədbirlər görülüb? Dünən, 17:48 Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub Dünən, 17:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - İDDİA Dünən, 16:48 Ötən gün xəstəxanaya yerləşdirilən 81 yaşlı müğənni evə buraxıldı Dünən, 16:48 Roza Zərgərlinin qızı BenAy mahnı təqdim etdi Dünən, 16:48 Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı Dünən, 16:48 Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi Dünən, 16:48 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb Dünən, 16:48 "Premium Residence" MTK-dan ağacların kəsilməsi iddialarına cavab Dünən, 15:48 Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? Dünən, 15:48 Bakıda kütləvi davada öldürülən Ceyhunun oğlu MMA döyüşçüsüdür Dünən, 15:48 Dilarə Əliyevaya vəzifə verildi Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR