
Filippinin Sebu şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 4 uşaq ölüb.
"AVESTA.AZ"un məlumatına görə, bu barədə "Xinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın təxminən yarım saat davam edib. Hadisə zamanı 11 aydan 11 yaşa qədər olan 4 uşaq dünyasını dəyişib. Bir qadın və bir kişi də xəsarət alıb.
Rəsmilərin məlumatına görə, ümumilikdə 7 bina alovlar içində qalıb. Yanğının başvermə səbəbi müəyyənləşdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.