
Tacikistanın ticarət dövriyyəsinin 30 %-i SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələrinin payına düşür.
"AVESTA.AZ" xəbər verir ki, bunu Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında deyib.
Nazir bildirib ki, SPECA ölkələri ilə ticarət dövriyyəsində Qazaxıstan və Özbəkistan xüsusi yer tutur: "Bu ölkələrlə ticarətdə 2 dəfə artım qeydə alınıb. Azərbaycanla da ticarət dövriyyəsində artım müşahidə olunur".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.