23-11-2023, 19:26 562

Sahibə Qafarova Rusiya və Səudiyyə Ərəbistanının səfirlərini qəbul edib

Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov ilə görüşüb.

"Report" xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan Milli Məclisin sədri, onu Azərbaycanda səfir kimi diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar diləyib.

Görüşdə diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə - siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə, habelə regional əməkdaşlıq və nəqliyyat sahələrində uğurla inkişaf etdiyi qeyd olunub. Dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, müntəzəm təmasların, həmçinin müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, siyasi və iqtisadi sahələrdəki sıx əməkdaşlıq humanitar sahədə də əlaqələrin genişlənməsinə öz müsbət təsirini göstərməkdədir. Belə əlaqələrin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyinə inam ifadə olunub.

İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində parlamentlərin önəmli rol oynadığını vurğulayan spiker, Milli Məclis ilə Federal Məclis arasında əməkdaşlıq üzrə Parlamentlərarası komissiyanın fəaliyyətinə toxunub, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Sahibə Qafarova müxtəlif vaxtlarda Rusiya Federasiyası Federal Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə qarşılıqlı səfərlər və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini vurğulayıb, bu təmasların parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından vacib olduğunu deyib. Bildirilib ki, sonuncu belə görüş cari ilin 6 noyabr tarixində Bişkekdə keçirilən MDB PA-nın tədbirləri çərçivəsində Federasiya Şurasının sədri Valentina Matviyenko ilə baş tutub və görüşdə parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Cari ilin 15 may tarixində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Rusiyaya etdiyi işgüzar səfərini məmnuniyyətlə xatırlayan Sahibə Qafarova, bu ölkədə keçirilən tədbirləri xalqımızın Ümummilli liderinə göstərilən hörmət və yüksək ehtiramın təzahürü kimi dəyərləndirib.

Söhbət zamanı regionda yaranmış yeni reallıqlar barədə danışılıb, Azərbaycanın sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğu, bu istiqamətdə atdığı addımlardan bəhs olunub.

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov səmimi görüşə görə minnətdarlığını bildirib. O, Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini, xalqlarımız arasında dostluq münasibətlərinin olduğunu söyləyib. Parlamentlərarası əməkdaşlığın bu əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını söyləyib. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elə həmin gün Milli Məclisin sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Spiker Sahibə Qafarova qonağı səmimi salamlayaraq, onu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Xalqlarımızın tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olduğunu deyən Sahibə Qafarova, Azərbaycanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasında yaranan diplomatik münasibətlərin əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini bildirib.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfərinin münasibətlərimizin inkişafına təkan verdiyini deyən Milli Məclisin sədri, Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərləri çərçivəsində keçirilən görüşlərin və ölkələrimiz arasında imzalanmış sənədlərin münasibətlərimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdiyini diqqətə çatdıraraq ölkələrimizin bir-birinə daha da yaxınlaşmasında, ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli səfərlərin müstəsna rolunu xüsusi vurğulayıb.

Görüşdə Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına verdiyi dəstək yüksək qiymətləndirilib, Səudiyyə Ərəbistanın Azərbaycan torpaqlarını işğalına görə Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etməsi xalqımıza və dövlətimizə göstərilən böyük mənəvi dəstək və qardaşlığın yüksək təzahürü olduğu bildirilib .

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlərin hərtərəfli inkişafı, xüsusən də iqtisadi, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi imkanlarından söz açan Sahibə Qafarova ölkələrimizin dostluq əlaqələrinin dərinləşdirilməsində ali qanunverici orqanların rolundan danışıb. Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində fəal iştirakına görə Səudiyyə Ərəbistanı Krallığının parlamentinə təşəkkürünü bildirib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığının inkişafı etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasını qeyd edib, müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlığın xalqlarımızın maraqlarına uyğun olduğunu vurğulayıb, dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikirlərini səsləndirib.

Söhbətdə parlamentlərarası təmasların, iqtisadi münasibətlərin, ticarət əlaqələrimizin təşviqi sahəsində yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR