23-11-2023, 20:42 601

Qərbi Azərbaycan Xronikası: Paşinyanın “Qərbi Azərbaycan” iddiasının altında yatan məkrli planı

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, süjetdə Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən sessiyasının açılış mərasimində Qərbi Azərbaycanla bağlı iddialarını yenidən irəli sürməsindən bəhs olunur.

Bildirilir ki, onun iddiasına görə, “Azərbaycanın Ermənistan ərazisini rəsmi şəkildə "Qərbi Azərbaycan" adlandırması şübhəli görünür və rəsmi Bakının Ermənistana qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığı təəssüratını yaradır. Ermənistana qarşı hərbi təcavüz sülh gündəliyinin irəliləməsi yolunda əsas maneələrdən biridir”.

Qeyd olunur ki, Ermənistanın bir-birini təkzib edən mövqeyi artıq o qədər də təəccüblü deyil, çünki 44 günlük müharibədən sonra rəsmi İrəvanın əsas işi bölgədə sülh perspektivini məhv etmək, geosiyasi oyunçuların regionla bağlı planlarını icra etmək olub. Bu baxımdan Paşinyanın sərsəm bəyanatına diqqətə almamaq da olar. Hərçənd, erməni baş nazirin kampaniya xarakteri daşıyan “Azərbaycan hücum edəcək” iddiasını Qərbi azərbaycanlıların doğma evlərinə qayıdışı məsələsinə bağlamasının altında yatan məkrli oyun gözardı ediləcək amil deyil. Proseslərin analizi göstərir ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini, ümumiyyətlə, soydaşlarımızın öz yurdlarına qayıdış hüquqlarını təhrif etməyə çalışır. Ən təhlükəli məqam isə bunu Cənubi Qafqazda yeni eskalasiyanın yaradılması planlarına daxil etmək cəhdidir.

Vurğulanır ki, Ermənistan reallığı qəbul etmək istəmir və müxtəlif bəhanələrlə sülh gündəliyinə maneələr yaradır: “Ermənistan sülh gündəliyini arxa plana keçirməklə Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməmək, 8 kəndi işğaldan azad etməmək, eləcə də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına mane olmağa çalışır. Qərb cəbhəsi isə bölgədə Ermənistan üzərindən möhkəmlənmək və Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq niyyətindədir. İndi Ermənistan anti-Azərbaycan kampaniyasına “Qərbi Azərbaycan” terminini daxil edir və bununla həm yeni istinad nöqtəsi yaradır, həm Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif edir, həm də Qərbi azərbaycanlıların öz evlərinə qayıdış hüququnu arxa plana keçirməyə çalışır”.

Sonda diqqətə çatdırılır ki, Ermənistanın Qərbi azərbaycanlıların hüququnu yerinə yetirmək öhdəliyi var, beynəlxalq konvensiyalar bunu tələb edir və rəsmi İrəvanın oynadığı bütün məkrli oyunlara rəğmən Qərbi azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ təmin ediləcək: “Dialoqdan imtina edən Ermənistanın regional sülhü riskə ataraq, geosiyasi qüvvələrin plasdarmına çevrilmək siyasəti isə hər şeydən öncə bu ölkənin mövcudluğunu sual altına salır. Çünki kiçik və zəif Ermənistanın “böyük oynamaq” şansı yoxdur və nə Rusiya, nə də İran öz sərhədlərində rəsmi İrəvanın onların rəqibləri ilə “flörtləşməsi”ni qəbul etməyəcək. Bu ssenaridə Ermənistanın sektorlara bölünməsi qaçılmaz ola bilər. Belə bir perspektivdə bölünəcək Ermənistanda əsas pay sahiblərindən biri Azərbaycan olacaq, buna tarixi və hüquqi haqqımız var. Bu halda Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının önündə heç bir maneə qalmayacaq. İndi seçim Ermənistanındır...”

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 23-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR