24-11-2023, 12:45 495

Ekspert: “Azərbaycanın geostrateji mövqeyi dəmir yolu infrastrukturunun modernləşdirilməsində davamlılığı tələb edir”

Azərbaycanda nəqliyyat infrastrukturunun modernləşdirilməsi yükdaşımaların təhlükəsizliyini və sürətini artıracaq.

Bunu “AVESTA.AZ”a nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı"nı şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın geostrateji yerləşmə mövqeyi Şərq-Qərb həm də Şimal-Cənub nəqliyyat dəhlizi üzrə dəmir yolu infrastrukturunun modernləşdirilməsi işinin davamlılığını tələb edir.

“Yeni reallıq buna kimi görülən işlərlə yanaşı yeni infrastruktur layihələrin icrasını labüd edir. Bu mənada Ələt-Osmanlı-Astara dəmir yolu magistralının modernləşdirilməsi, bəzi sahələrdə isə dəniz sahili boyunca çəkilməsi artan yük tələbini qarşılayacaq. Həmin marşrut üzrə həm yükdaşımanın sürətini, həm də yük axınını artıracaq. Bu, Azərbaycan üzərindən keçən dəhlizlərlə ölkəmizin manevr imkanlarını artıracaq və Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində artan yük tələbinə uyğun şaxələnmiş nəqliyyat infrastrukturunun təklif olunmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində riskləri azaldaraq, yük dövriyyəsinin artımını stimullaşdıracaq. Bütövlükdə dəmir yolu, avtomobil yolu şəbəkəsinin dövrün tələblərinə uyğun şəkildə təşkil olunması Azərbaycan ərazisindən yüklərin daha sürətli, təhlükəsiz çatdırılmasına və ölkəmizin üzərindən keçən marşrutların daha cəlbedici olması ilə nəticələnəcək”,- deyə R. Ağamirzəyev qeyd edib.

Ekspert diqqətə çatdırıb ki, regionda cərəyan edən son geosiyasi gərginliyin nəticəsi olaraq ənənəvi yolların bağlanması alternativ dəhlizləri gündəmə gətirməklə, onların əhəmiyyətini müstəsna şəkildə artırmış oldu: “Belə olan təqdirdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) artan yük tələbi bəzi infrastruktur yeniliklərini də nəzərdə tutur. Bunlardan Ələt qəsəbəsindəki Bakı limanın ikinci fazası çərçivəsində tikintisidir. Qarşıdakı iki ildə əlavə dəmir yolu xətləri çəkiləcək, konteynerləşmiş yüklərin artmasını nəzərə alaraq bugünkü 100 min TEU-dan 500 min TEU-ya qədər konteynerin qəbulu üçün şəraitin yaradılması, həmçinin təkərli texnikanın artma dinamikasına uyğun olaraq bu növ nəqliyyatın saxlanma (parkinq) yerlərinin inşası nəzərdə tutulur. Son illərdə Xəzərdə suyun çəkilməsi ilə əlaqədar olaraq həm Bakı limanı, həm də Hövsan limanın akvatoriyasında, eyni zamanda Dübəndi terminalına gələn liman akvatoriyası kanalında dib dərinləşdirmə işləri də görüləcəkdir. Bu, Azərbaycanın bu günə qədər gördüyü işlərlə yanaşı gələcəkdə artan yük tələbini qarşılamağa imkan verəcək”.

Liman infrastrukturuna yatırımların səmərəliliyindən danışarkən R.Ağamirzəyev Bakı limanda hətta pandemiya dövründə belə yük daşımada 20 %-lik artımın təmin olunduğunu diqqətə çatdırıb: “Son illər Bakı limanının yük dövriyyəsində artan dinamika müşahidə edilməkdədir. Bu ilin 10 ayı ərzində isə Bakı Limanında 5,4 milyon ton yük aşırılıb ki, bu da bir il əvvəlki göstəricidən 14 % çoxdur. Bakı limanı vasitəsilə 2023-cü ilin sonuna qədər 6 milyon ton yükün daşınması proqnozlaşdırılır. Bu, əvvəlki ilə nisbətən 10 %-lik artım deməkdir. Eyni zamanda son on ildə istifadəyə verilmiş gəmiqayırma zavodu dəniz donanmamızın üstün mövqeyini daha da möhkəmləndirmiş oldu. Bu, bir tərəfdən bizim xaricdən asılılığımızı azaldır, valyutanın ölkədə qalmasını təmin edir, digər tərəfdən isə qonşu ölkələrə təklif irəli sürməyimizə imkan yaradır".

Ekspert hesab edir ki, qonşu Gürcüstanda xüsusən Şərq-Qərb dəhlizi üzrə avtomobil, dəmir yolunun ən mürəkkəb hissəsi olan Rekoti aşırımındakı hissənin gələn il tam istifadəyə verilməsi Bakı limanından Gürcüstanın Poti limanı istiqamətində yüklərin daha sürətli çatdırılmasına gətirib çıxaracaq: “Həmçinin Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi üzrə Gürcüstan ərazisində işlərin bu ilin sonuna bitirilməsi nəzərdə tutulub. Bu, indiki yük ötürmə həcmlərini 5 milyon tona qədər artırmağa imkan verəcək”.

Paylaş

Xəbər lenti

Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR