
Hindistanın şərqindəki Bihar ştatında ikimərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində azı 3 nəfər ölüb, daha iki nəfər isə ağır xəsarət alıb.
"AVESTA.AZ"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə yerli administrasiyanın nümayəndəsi bildirib.
Məlumata görə, hadisə Motihari dairəsində baş verib. Zərərçəkənlər yerli xəstəxanalardan birinə yerləşdirilib.
Hadisəyə səbəb qısaqapanma olub, yanğın artıq söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.