
Ukraynanın Şahmat Federasiyasının vitse-prezidenti Artyom Saçuk cəbhədə həlak olub.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ölkənin Şahmat Federasiyasının mətbuat xidməti yayıb.
“Ukraynalı könüllü əsgər Artyom Saçuk Rusiya işğalçılarına qarşı azadlıq müharibəsində həlak olub”, – Federasiya qeyd edib.
Şahmat xadiminin hansı şəraitdə öldüyü hələlik bəlli deyil.
Qeyd edək ki, onun 38 yaşı olub. Hələ aprel ayında Saçuk “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif edilmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.