
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA-dan növbəti təyinat alıb.
"AVESTA.AZ" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Norveçdə yerli "Budyo-Qlimt" və İsveçrənin "Luqano" komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin V turunun oyununda hakim-inspektor olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 30-da gerçəkələşəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.