
Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında humanitar atəşkəsi daha iki gün uzatmaq barədə İsraillə razılığa gəlib.
“AVESTA.AZ” xəbər verir ki, hərəkatın Siyasi Büro rəhbəri İsmayıl Haniyənin mətbuat katibi Taher ən-Nunu atəşkəs razılaşmasının eyni şərtlərlə fəaliyyət göstərəcəyini açıqlayıb.
“Müvəqqəti humanitar atəşkəsin daha iki gün müddətinə uzadılması ilə bağlı razılıq əldə olunub. Hər azad olunan girov üçün gündə 3 məhbus və 200 yük maşını düşür”, - ən-Nunu deyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.