28-11-2023, 06:00 481

“Human Rights Watch'' rəsmisi guya Azərbaycanın mina problemindən xəbərsiz olduğunu deyib

Dünya səviyyəsində insan haqlarının müdafiəsi ilə məşğul olan, bu mövzuda araşdırmalar aparıb, yayımlayan beynəlxalq qeyri-hökumət təşkilatı "Human Rights Watch" Azərbaycanın mina problemi ilə bağlı beynəlxalq çağırışlarından xəbərsiz olduğunu iddia edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, təşkilatın rəsmisi “Report”un sorğusuna cavabında problemdən məlumatlı olmadıqlarını deyib.

Belə ki, "Human Rights Watch" təşkilatının BMT-dəki direktoru Luis Çarbonau (Louis Charbonneau) XXI əsrdə Azərbaycanın üz-üzə olduğu ekoloji fəlakət, Ermənistanın 30 illik işğal dövründə ölkəmizdə buraxdığı dəhşətli mirasdan məlumatsız olduqlarını iddia edib: "Biz bu məsələdən xəbərdar deyilik. Mən də bununla bağlı heç bir araşdırma tapa bilmirəm, amma həmkarlarımdan soruşacağam".

"Human Rights Watch" təşkilatının rəsmisi L.Şarbonu ona ünvanlanan sualları həmkarları ilə araşdıracağını vəd versə də, “Report”un növbəti sorğusu iki aydır, cavabsız qalıb.

Müharibə və postmüharibə dövrlərində dövlət qurumları və qeyri-hökümət təşkilatları tərəfindən dəfələrlə Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin pozulması faktları ilə bağlı bir çox hesabatlar hazırlanaraq müvafiq qaydada "Human Rights Watch" təşkilatının rəsmilərinə paylaşılsa da, məlumatlar təşkilatın yayımladığı hesabatda əksini tapmayıb. Həmin məlumatlarda 2020-ci il 10 noyabr tarixli üçtərəfli birgə Bəyanatdan sonra Azərbaycanda 350-dən çox şəxsin minaya düşməsi ilə bağlı müfəssəl məlumat qeyd olunub.

Təəssüf ki, "Human Rights Watch" təşkilatı həmin rəsmi məlumatlarda qeyd edilən insan hüquqları pozuntularını araşdırmaq üçün heç vaxt hər hansı addım atmır, əksinə, qərəzli hesabatlar yaymaqda davam edir. Hesabatlarında Azərbaycanla bağlı dəfələrlə qərəzli məqamlar paylaşan beynəlxalq təşkilatın İkinci Qarabağ müharibəsindən sonra arasında mülkü şəxslərin və jurnalistlər, minatəmizləyənlər, hərbçilər və uşaqların da olduğu yüzlərlə insanın həyatına son qoyan minalar, partlamamış hərbi sursatlarla bağlı məlumatsız olması iddiası çox da təəccüb doğurmur. Çünki, beynəlxlaq təşkilatın Azərbaycan və Ermənistanla bağlı yayımladığı bütün hesabatlar ermənilərin maraqlarına xidmət edir.

Analitik: "Human Rights Watch" təşkilatının baş verənlərə biganə münasibəti anti Azərbaycan qərəzinin göstəricisidir"

Bu ilin iyun ayında Qarabağa səfər edən amerikalı jurnalist, "Schirach Report" İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru, Vaşinqtonda fəaliyyət göstərən "Qlobal Siyasət İnstitutu"nun (“Global Policy Institute”) prezidenti, "Bay Atlantik" Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə professoru Paolo fon Şirax “Report”a açıqlamasında "Human Rights Watch" təşkilatının Ermənistan silahlı qüvvələrinin Qarabağı uzun müddətli qanunsuz işğalı zamanı Azərbaycanda torpaqlarında basdırdığı minalarla bağlı araşdırma aparmamasını, baş verənlərə biganə münasibətinin Azərbaycana qərəzinin göstəricisi kimi qiymətləndirib: "Mən bölgəni ziyarət etdiyim zaman öz gözlərimlə gördüm ki, ərazilərdə ermənilər tərəfindən döşənən piyada əleyhinə minalar ucuz və ölümcül alətlərdir. Bu məsələ ilə bağlı iddia edilən məlumatsızlıq inandırıcı deyil, çünki rəsmi Bakı baş verənlərlə bağlı yetərli qədər məlumatlar hazırlayaraq yayıb. O cümlədən Ermənistan hökumətinin mina sahələrinin xəritələrini paylaşmaqda əməkdaşlıq etməməsi bölgədə cərəyan edən ən böyük problemin həllini gecikdirir. Əgər Ermənistan razılığa gəlsə, uzun illər tələb edən və olduqca bahalı olan minatəmizləmə əməliyyatları daha sürətlə davam edə bilər.

Bölgədə cərəyan edən ən böyük fəlakətə "Human Rights Watch" təşkilatının məhəl qoymamaması, qəribə və qeyri-obyektiv yanaşması çox təəssüf doğurur.

Ermənilərin arxalarında buraxdıqları geniş minalı bölgələri görməzdən gəlmək, onların məsuliyyətinə məhəl qoymamaq əksər analitiklərin ermənilərin qurban, Azərbaycan hökumətinin isə işğalçı olması ilə bağlı qəbul etdiyi rəvayətlərə çox uyğun gəlir. Bunu görməzdən gəlmək və rəvayətlərə inanmaq doğru deyil".

Paylaş

Xəbər lenti

Şəhid ailələri ilə bağlı yeni güzəşt gündəmdə Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır Bu gün, 10:48 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar Bu gün, 10:48 Azərbaycanda kimlərin maaşları artacaq? - Komitə üzvü danışdı Bu gün, 10:48 Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb Bu gün, 10:48 Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib Bu gün, 10:48 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi Bu gün, 10:48 Gürcüstanın №1 daşınmaz əmlak şirkət Archi bir gündə mənzil satışları üzrə yeni rekorda imza atıb! Bu gün, 10:48 DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib Bu gün, 10:48 Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib Bu gün, 10:48 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü Bu gün, 10:48 Gəncədə evdən kişi meyiti tapılıb Bu gün, 09:48 Qızıl və gümüşün qiyməti UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq Bu gün, 09:48 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar Bu gün, 09:48 Azərbaycanlı ictimai və siyasi xadim Heydər Camalın doğum günüdür Bu gün, 09:48 Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb Bu gün, 09:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq Bu gün, 09:48 Azərbaycanlı xanəndənin həyat yoldaşı bu səbəbdən həbs edildi Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XI tura start verilir Bu gün, 09:48 Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb Bu gün, 08:48 Bakıda bu ünvanlarda işıq olmayacaq Bu gün, 08:48 UEFA Avropa Liqası: "Trabzonspor" öz meydanında, "Beşiktaş" isə səfərdə uduzdu Bu gün, 08:48 Türkiyənin sabiq naziri həbs edildi Bu gün, 08:48 Beynəlxalq axtarışda olan Elmir Nuriyev Almaniyadan Azərbaycana gətirilib Bu gün, 08:48 Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik Bu gün, 00:48 Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır Bu gün, 00:48 Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib Bu gün, 00:48 Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq Bu gün, 00:48 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür Bu gün, 00:48 Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək Dünən, 23:48 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi Dünən, 23:48 Mingəçevirdə usta iş başında öldü Dünən, 23:48 Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş Dünən, 23:48 Sibel Canın sevgilisi ev dustaqlığına buraxıldı Dünən, 22:48 Şəhid bulağına gələn su qəsdən dayandırılıb? - İcra hakimiyyəti ittiham edildi Dünən, 22:48 Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi Dünən, 22:48 Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir Dünən, 22:48 Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb Dünən, 22:48 Tanışlıq saytlarında YENİ DƏLƏDUZLUQ: İnsanları aldadıb şantaj edirlər Dünən, 22:48 10 rayonda torpaqlar satışa çıxarılır - Ən ucuz və bahalı sahələr açıqlandı Dünən, 21:48 Rəhbərlərə 3 600, müavinlərə 3 115 manat maaş veriləcək Dünən, 21:48 Türkiyədə DƏHŞƏT: Üç kənddə silahlı hücum, 9 nəfər öldürüldü Dünən, 21:48 Bu ünvanlarda köhnə evlər sökülür – 20 kv. artıq mənzil veriləcək Dünən, 21:48 İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb Dünən, 20:48 Günəşdə böyük dəlik aşkar edildi Dünən, 20:48 Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq Dünən, 20:48 Təsərrüfat sahibləri üçün yenilik Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR