15-01-2023, 15:57 743

Ombudsman “Human Rights Watch”un hesabatında əks olunmuş iddialara cavab verib

Azərbaycan Ombudsmanı “Human Rights Watch” təşkilatının 2022-ci il üzrə hesabatında əks olunmuş iddialara cavab verib.

"AVESTA.AZ" xəbər verir ki, Səbinə Əliyeva bildirib ki, beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan hesabat və bəyanatlar qərəzsiz, ədalətli və ikili standartlardan uzaq olmalıdır. Amma təəssüflər olsun ki, həmişə olduğu kimi “Human Rights Watch” sosial şəbəkələrdə əsassız və qərəzli məlumatlar yaymaqla, habelə bu kimi əsassız məlumatları öz illik hesabatlarında əks etdirməklə Azərbaycana qarşı qərəzli yanaşmasını davam etdirir.

“Human Rights Watch” 2022-ci il üzrə hesabatında Ermənistan və Azərbaycan arasında artıq həll edilmiş hərbi münaqişəni hələ də həll olunmamış münaqişə kimi qeyd edərək, bu məsələyə öz real yanaşmasını göstərir. Habelə sözügedən beynəlxalq qeyri-hökumət təşkilatı öz hesabatında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini də heçə sayır. Halbuki “Human Rights Watch” obyektiv araşdırma aparmağa səy göstərmiş olsaydı, o zaman Ermənistanın işğalından azad edildikdən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış həmin ərazilərində sürətlə bərpa və tikinti işlərinin aparıldığını görmüş olardı.

Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladıqları üçtərəfli Bəyanatdan indiyədək Azərbaycan tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni millətinə mənsub hər hansı bir şəxsin həyatına təhlükə yarada biləcək heç bir hadisə törədilməyib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın Ermənistanın işğalı altında olub və bu işğal nəticəsində bir milyonadək insan məcburi köçkün vəziyyətinə düşüb. Birinci Qarabağ müharibəsindən indiyədək 4000-ə yaxın azərbaycanlı itkin hesab olunur və indiyədək Ermənistan onların taleləri barədə ailələrinə hansısa bir məlumat verməkdən boyun qaçırır. Nəyə görə “Human Rights Watch” bu cür kobud insan hüquqları pozuntusunun bərpası üçün onu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə hər hansı bir təşəbüsslə çıxış etməyib?

Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra Ermənistan tərəfindən həmin ərazilərə dinc əhalinin həyatına təhlükə yaradan yüz minlərlə minanın basdırıldığı aşkar edilib. “Human Rights Watch” isə öz hesabatında yalnız Azərbaycan Baş Prokurorunun 2022-ci il oktyabr tarixli bəyanatında qeyd edilmiş “2020-ci ildə əldə edilmiş atəşkəsdən 2022-ci il oktyabrın ortalarına kimi “Dağlıq Qarabağda” mina partlaması nəticəsində 34 mülki şəxsin həlak olması, ətraf ərazilərdə isə daha 80 nəfərin yaralanması" faktına istinad edir. Təəssüflə qeyd edilməlidir ki, mina partlayışları nəticəsində həyatını itirən və ya yaralanan mülki vətəndaşların sayı ötən oktyabr ayından etibarən artıb. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ümumilikdə 274 nəfər minaya düşüb, 36-sı dinc sakin olmaqla 46 nəfər həlak olub. Qəribəsi odur ki, “Human Rights Watch” bu ərazilərin işğalı zamanı bu minaların basdırılmasında bilavasitə iştirak edən və işarələnməmiş minalı ərazilərin dəqiq xəritəsini verməkdən imtina edən Ermənistan rəhbərliyinin adını heç vaxt qeyd etmir.

Müharibə və postmüharibə dövrlərində Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin pozulması faktları ilə bağlı bir çox hesabatlar hazırlanaraq müvafiq beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib. Ombudsman mina problemi ilə bağlı öz xüsusi hesabatında mina təhlükəsi haqqında ətraflı məlumat verib və regionda sülh quruculuğu prosesinə xələl gətirən bu problemin tezliklə həll edilməsinin vacibliyini vurğulayıb. Bu hesabat bütün müvafiq beynəlxalq insan hüquqları təşkilatlarına, eləcə də “Human Rights Watch” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarına da göndərilmişdir.

Yuxarıda qeyd olunanların fonunda “Human Rights Watch”un mina ilə bağlı məsələyə yanaşması elə təəssürat yaradır ki, sanki bu minalara görə davamlı şəkildə baş verən mülki itkilər bu təşkilat üçün ciddi problem deyil.

Erməni hərbi qulluqçularının guya edam edilməsini əks etdirən videogörüntülərə gəlincə isə qeyd edilməlidir ki, Azərbaycanın müvafiq qurumları bu materiallarla bağlı zəruri araşdırmalara başlayıb. Həmçinin o da qeyd edilməlidir ki, bu videoların etibarlılığı ilə bağlı bəzi şübhələr mövcuddur. Bundan başqa, Ermənistan hərbi qulluqçularının Azərbaycan hərbi qulluqçularına qarşı törətdikləri işgəncə və pis rəftar hallarını əks etdirən çoxsaylı videolar da var və onların bir qismi sosial şəbəkələrdə yayılıb. Amma biz heç vaxt bu videolarda nümayiş etdirilən faktlarla bağlı Ermənistan hakimiyyəti tərəfindən hansısa araşdırma aparılmasının və “Human Rights Watch”un da bununla bağlı hər hansı reaksiyasının şahidi olmamışıq.

Biz “Human Rights Watch”dan hərbi əsirlərin işləri üzrə araşdırmalarla bağlı qərəzsiz yanaşma nümayiş etdirməsini gözləyərdik. Lakin çox təəssüf ki, Ermənistan hərbi qüvvələri tərəfindən işgəncələrə və pis rəftara məruz qalan azərbaycanlı hərbi əsirlərin məsələsinə ciddi yanaşmanın şahidi olmadıq.

Hərbi əsirlərlə bağlı qeyd edilməlidir ki, dövlət orqanlarının bəyanatına əsasən, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bütün erməni hərbi əsirlər artıq öz evlərinə qaytarılıb.

Nəzərinizə çatdırırıq ki, Ombudsman Milli Preventiv Mexanizm (MPM) mandatına uyğun olaraq, MPM qrupu ilə birgə heç bir ayrı-seçkiliyə yol vermədən insanların öz iradəsi ilə tərk edə bilmədiyi, o cümlədən erməni əsilli şəxslərin də saxlandığı yerlərə mütəmadi olaraq başçəkmələr həyata keçirir. Bu cür başçəkmələr zamanı orada saxlanılan şəxslərə, o cümlədən erməni əsilli şəxslərə müalicə, tərcüməçi və yaxınları ilə videozəng vasitəsilə əlaqə yaradılması imkanının təmin olunduğu müşahidə edilib.

Bununla əlaqədar olaraq, “Human Rights Watch” təşkilatına öz hesabatlarını hazırlayarkən Azərbaycan Ombudsmanın erməni əsilli saxlanılan şəxslərin insan hüquqlarının vəziyyətinin monitorinqinə dair başçəkmələri ilə bağlı xüsusi hesabatlarına nəzər salmağı və onlardan istifadə etməyi məsləhət görürük.

Azərbaycan Ombudsmanı dəfələrlə öz bəyanatlarında müharibədən sonrakı dövrdə Ermənistan tərəfindən dəstəklənən, Azərbaycana qarşı regionda sülhü təhdid edən təxribat xarakterli əməlləri qınayıb. Təəssüf ki, “Human Rights Watch” həmin bəyanatlarda qeyd edilən insan hüquqları pozuntularını araşdırmaq üçün heç vaxt hər hansı bir addım atmır və əksinə, qərəzli hesabatlar yaymaqda davam edir.

Biz “Human Rights Watch”u ədalətli, qərəzsiz, ikili standartlardan uzaq olmağa dəvət edir, davamlı sülhün əldə olunmasını təhlükə altında qoya biləcək və regionda normal həyatın bərpasını gecikdirə biləcək hər hansı qərəzli yanaşmadan və ya bəyanatdan çəkinməyə çağırırıq.

Paylaş

Xəbər lenti

Şəhid ailələri ilə bağlı yeni güzəşt gündəmdə Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır Bu gün, 10:48 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar Bu gün, 10:48 Azərbaycanda kimlərin maaşları artacaq? - Komitə üzvü danışdı Bu gün, 10:48 Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb Bu gün, 10:48 Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib Bu gün, 10:48 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi Bu gün, 10:48 Gürcüstanın №1 daşınmaz əmlak şirkət Archi bir gündə mənzil satışları üzrə yeni rekorda imza atıb! Bu gün, 10:48 DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib Bu gün, 10:48 Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib Bu gün, 10:48 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü Bu gün, 10:48 Gəncədə evdən kişi meyiti tapılıb Bu gün, 09:48 Qızıl və gümüşün qiyməti UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq Bu gün, 09:48 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar Bu gün, 09:48 Azərbaycanlı ictimai və siyasi xadim Heydər Camalın doğum günüdür Bu gün, 09:48 Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb Bu gün, 09:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq Bu gün, 09:48 Azərbaycanlı xanəndənin həyat yoldaşı bu səbəbdən həbs edildi Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XI tura start verilir Bu gün, 09:48 Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb Bu gün, 08:48 Bakıda bu ünvanlarda işıq olmayacaq Bu gün, 08:48 UEFA Avropa Liqası: "Trabzonspor" öz meydanında, "Beşiktaş" isə səfərdə uduzdu Bu gün, 08:48 Türkiyənin sabiq naziri həbs edildi Bu gün, 08:48 Beynəlxalq axtarışda olan Elmir Nuriyev Almaniyadan Azərbaycana gətirilib Bu gün, 08:48 Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik Bu gün, 00:48 Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır Bu gün, 00:48 Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib Bu gün, 00:48 Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq Bu gün, 00:48 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür Bu gün, 00:48 Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək Dünən, 23:48 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi Dünən, 23:48 Mingəçevirdə usta iş başında öldü Dünən, 23:48 Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş Dünən, 23:48 Sibel Canın sevgilisi ev dustaqlığına buraxıldı Dünən, 22:48 Şəhid bulağına gələn su qəsdən dayandırılıb? - İcra hakimiyyəti ittiham edildi Dünən, 22:48 Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi Dünən, 22:48 Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir Dünən, 22:48 Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb Dünən, 22:48 Tanışlıq saytlarında YENİ DƏLƏDUZLUQ: İnsanları aldadıb şantaj edirlər Dünən, 22:48 10 rayonda torpaqlar satışa çıxarılır - Ən ucuz və bahalı sahələr açıqlandı Dünən, 21:48 Rəhbərlərə 3 600, müavinlərə 3 115 manat maaş veriləcək Dünən, 21:48 Türkiyədə DƏHŞƏT: Üç kənddə silahlı hücum, 9 nəfər öldürüldü Dünən, 21:48 Bu ünvanlarda köhnə evlər sökülür – 20 kv. artıq mənzil veriləcək Dünən, 21:48 İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb Dünən, 20:48 Günəşdə böyük dəlik aşkar edildi Dünən, 20:48 Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq Dünən, 20:48 Təsərrüfat sahibləri üçün yenilik Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR