29-11-2023, 16:46 656

"Dünyada ikili standartlar mövcud olduqca ədalətsizliklər və mülki insanların faciələri də davam edəcək".

Bunu "AVESTA.AZ"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı da 90-cı illərin əvvəllərində müharibənin faciələri ilə qarşılaşıb:

"Bu gün dünyanın müxtəlif yerlərində müharibələr və dağıntılar baş verir. Bu müharibələr nəticəsində mülki obyektlər dağıdılır, dinc insanlar qətlə yetirilir və faciələrlə qarşılaşırlar. Azərbaycan xalqı da 90-cı illərin əvvəlində belə faciələrlə qarşılaşmalı olub. Ermənistan Azərbaycanın ərazilərini işğal etdi, dinc yaşayış məntəqlərimiz yerlə yeksan olundu, insanlar isə soyqırımılara məruz qalaraq öz ata yurdlarını məcburi şəkildə tərk etməyə məhkum edildilər. Hətta üç il əvvəl 44 gündə başa çatdırdığımız Vətən müharibəsində də Azərbaycan Ordusu düşmənin ancaq hərbi legitim hədəflərini məhv edərək öz suverən ərazilərini işğaldan azad etdiyi bir zamanda Ermənistan yenə də öz çirkin niyyətlərindən əl çəkməyərək dinc şəhər və kəndlərimizi qadağan olunmuş raketlərlə bombaladı. Belə ki, Gəncə, Bərdə və Tərtərdə evlər dağıdılıdı, dinc sakinlər qətlə yetirildi. Ermənistanın bu vəhşilkləri də dünya ictimaiyyətinin gözü önündə baş verdi".

Onun sözlərinə görə, Ermənistanın bu vəhşilklərinə baxmayaraq, Azərbaycanın müzəffər ordusu torpaqlarımızda erməni işğalına son qoyaraq düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi:

"Amma Ermənistan bu bəyanatda nəzərdə tutulmuş öhdəlikləri icra etməyərək Qarabağda 15 minə yaxın silahlı yerləşdirməklə ərazilərimizdə "boz zona"nı saxlamaqda davam edirdi. Təbii ki, bu, həm işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurmma və bərpa işlərinə, həm də öz yurdlarına qayıdan insanlara böyük təhlükə olaraq qalırdı. Ermənistanın Baş nazirinin ölkəmizin suverənliyinə kölgə salan açıqlamaları, separatçıların qondarma seçkilər keçirməsi və törətdikləri təxribatların intensivləşdirilməsi lokal xarakterli antiterror əməliyyatlarının keçirilməsini labüd etdi. 19-20 sentyabrda keçirilmiş antiterror əməliyyatları dünya təcrübəsində bir nümunədir. Çünki ordumuzun qarşısında mülki insanlara və obyektlərə heç bir zərərin yetirilməməsi tapşırığı verilmişdi. Hətta müxtəlif vasitələrdən istifadə etməklə Qarbağda yaşayan ermənilərə heç nədən narahat olmamaları və vətəndaşlığımızı qəbul etməklə təhlükəsiz yaşayışlarını davam etdirə biləcəkləri ilə bağlı bildirilişlər paylandı. 24 saata yaxın keçirilən antiterror əməliyyatları sayəsində ərazilərimizdəki qeyri-qanuni silahlılar tərk-silah edildi. Amma Ermənistanın və separatçıların təzyiqi altında ermənilər könüllü şəkildə ərazilərimizi tərk etdilər. Azərbaycan ermənilərə Qarabağda yaşamağa davam etməklərini təklif etdi. Bununla yanaşı, ermənilərin yaşayış yeri seçiminə də hörmətlə yanaşaraq gedənlərə mane olmadı. Yəni proses çox sivil şəkildə baş verdi".

Deputat qeyd edib ki, Ermənistan əvvəl ermənilərə heç bir təzyiqin olmadığını açıqlasa da, sonradan qondarma etnik təmizlənmə məsələsini gündəmə gətirdi.

"Azərbaycan iki dəfə BMT monitorinq komissiyasını Qarabağa dəvət etdi. Beynəlxalq komissiya ermənilərə təzyiqlə bağlı heç bir faktla üzləşmədi. Əslində, komissiya "etnik təmizləm"ə ilə bağlı hər hansı faktları tapmaq məqsədi ilə gəlmişdi. Çünki torpaqlarımız işğal altında olduğu 30 ildə Azərbaycanın BMT-yə misiyanın göndərilməsi ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir dəfə də olsun monitorinq aparılmamışdı. Həm də Ermənistan müharibə cinayətlərini gizlətmək üçün BMT misiyasını işğalda saxladığı ərazilərə buraxmırdı. Amma torpaqlarımızda suverənlik təmin olunandan sonra Azərbaycan yenidən BMT missiyasını dəvət etdi və monitorinqin aparılmasına şərait yaratdı. Monitorinq aparan komissiya Qarabağda heç bir təzyiq olmadığından "etnik təmizlənmə" ilə bağlı hər hansı bir əlamətin şahidi olmadı. Bu məsələni təhlil etməkdə məqsədim Azərbaycanın yüksək humanizmə söykənən dövlət siyasətinin dünyada bənzərinin olmadığını göstərməkdir. Yəni Qərbin dəstəyi ilə davam edən Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələrində ölən minlərlə insanı və dağılan şəhərləri ürəkağrısı ilə müşahidə edirik. Təəssüf ki, Qərbin ikili standartları dinc insaların ölümünə səbəb olanların kənarda qalmasına və Azərbaycan kimi - mülki insanlarına, onun milli və dini mənsubiyyətindən asıllı olmayaraq yüksək dəyər verən ölkələrə təzyiqlərə yol açır. Dünyada ikili standartlar mövcud olduqca ədalətsizliklər və mülki insanların faciələri də davam edəcək. Bunun baş verməməsi üçün beynəlxalq hüquq hamı üçün eyni olmalı və müəyyən dairələrin maraqlara xidmət edən münasibətlər aradan qalxmalıdır", - A.Badamov əlavə edib.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR