
Qax rayonunda minik və yük avtomobilləri toqquşub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhərinin giriş hissəsində qeydə alınıb.
Belə ki, "Ford" və "Hyundai" markalı yük avtomobilləri ilə "Moskviç" markalı avtomobil toqquşub. Qəzadan sonra "Moskviç" yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin hadisə yerinə çağrılmış Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində "Moskviç" in sürucüsü də ağır xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.