5-12-2023, 04:30 904

İngiltərədə azərbaycanlı mütəxəssislərin və iş adamlarının 1-ci forumu keçirilib

Böyük Britaniyada yaşayan və müxtəlif sahələr üzrə ixtisaslaşmış azərbaycanlı mütəxəssislərin və iş adamlarının 1-ci forumu keçirilib.

Bu barədə "AVESTA.AZ"a Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən bildirilib.

Tədbir "PAKA" şirkətlər qrupunun təşkilatçılığı ilə İngiltərənin Berkşir bölgəsində elit məkanlardan biri olan "Cliveden House" otelində baş tutub. Forumda turizm, logistika, hüquq, informasiya texnologiyaları (IT), təhsil, incəsənət, maliyyə və digər sahələr üzrə Birləşmiş Krallıqda çalışan azərbaycanlı mütəxəssislər və iş adamları iştirak edib.

Açılış nitqi ilə çıxış edən "PAKA" şirkətlər qrupunun təsisçisi və icraçı direktoru Namiq Mirzəməmmədov Britaniyada çalışdıqları sahələr üzrə uğur qazanmış çoxsaylı həmvətənlərimizin olduğunu qeyd edərək, bu tədbirin keçirilməsində məqsəd onların bir araya gətirilməsi, öz təcrübələrini bölüşməsi, biznes imkanlarının inkişaf etdirilməsi, eləcə də onların Azərbaycan və Birləşmiş Krallıq arasında münasibətlərin inkişafında fəal iştirakının təmin edilməsindən ibarət olduğunu bildirib. Çıxış zamanı həmçinin "Paka" şirkətlər qrupunun logistika sahəsi üzrə fəaliyyəti barədə məlumat verilib, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhlizin perspektivləri barədə danışılıb. O, Ələt Azad İqtisadi Zonasında yaradılmış ticarət imkanlarının dünyada unikal xarakter daşıdığını qeyd edib və bunun Azərbaycanda həyata keçirilən islahatların bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov tədbirə fəxri qonaq qismində dəvət olunub. Səfir çıxışında tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, bu qədər müxtəlif sahələr üzrə uğur qazanan həmvətənlərimizi görməyin fərəhverici olduğunu qeyd edib və hər bir azərbaycanlının uğurunun həm də dövlətimizin uğuru olduğunu vurğulayıb. Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qüdrətli dövlətə çevrildiyini, torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini vurğulayıb.

Səfir çıxışında Qarabağda və digər işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib, bu ərazilərdə xarici və yerli investorlar üçün infrastruktur, yaşıl enerji, kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə güzəştli şərtlərlə biznes imkanlarının yaradıldığını diqqətə çatdırıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çeviriləcəyini bildirən səfir, ölkəmizin bərpa olunan enerji üzrə potensialından söhbət açıb və ölkəmizin yaşıl enerji dəhlizi vasitəsilə Avropa ilə yaşıl enerji mübadiləsi aparmaq niyyəti olduğunu vurğulayıb.

Çıxış zamanı həmçinin cari ilin 10 noyabr və 13 noyabr tarixlərində Britaniya Azərbaycan Ticarət Palatasının (BCCA) təşkilatçılığı ilə London şəhərində Britaniyada biznes qurmaq istəyən azərbaycanlı iş adamları üçün və Azərbaycanda biznes qurmaqda maraqlı olan britaniyalı iş adamları üçün dəyirmi masaların təşkil edildiyi qeyd edilib və bu kimi tədbirlərin iki ölkə arasında ticari-iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bundan əlavə, Azərbaycanda və Böyük Britaniyada biznesin yaradılması və inkişaf etdirilməsi barədə maarifləndirici işlərin aparılmasının vacibliyi vurğulanıb.

Səfir Azərbaycan həqiqətlətrinin dünyaya çatdırılmasında həmvətənlərimizin fəal iştirak etməsinin vacibliyinə toxunub. O, bu xüsusda tədbirdə iştirak edən Fərəh Qreiqin sosial şəbəkələrdə fəallığı ilə seçildyini qeyd edərək ona təşəkkürünü bildirib. Səfir həmçinin Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbinin diaspor nümayəndələrimizin övladlarının milli ruhda yetişməsi üçün fəaliyyətini alqışladığını vurğulayıb və bu məktəbdə könüllü əsasda müəllim kimi çalışan Səbinə Quliyevaya, Rauf Xəlilova və Səbinə Rakçeyevaya təşəkkürünü bildirib.

Səfir fürsətdən istifadə edərək cari ilin 25 may tarixində Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə Böyük Britaniyanın tarixi, memarlıq və mədəniyyət ocağı, dünyanın ən nüfuzlu muzeylərindən biri olan Viktoriya və Albert Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə milli musiqimizin yüksək səviyyədə təqdimatına görə skripkaçı Səbinə Rakçeyevaya və Nəzrin Rəşidovaya və digər musiqiçilərə təşəkkürünü bildirib.

Daha sonra forum Britaniya Avropa Azərbaycan Məktəbinin təsisçisi Səbinə Quliyevanın moderatorluğu ilə panel müzakirələrlə davam edib. Panel müzakirələrində "Mergul" hüquq fimasının təsisçisi və icraçı direktoru Rauf Xəlilov, "Halal Booking" şirkətinin həmtəsisçisi və icraçı direktoru Elnur Seyidli, Miqrasiya hüququ üzrə mütəxəssis Fərəh Qreiq, Avropa Mədəniyyət Parlamentinin üzvü, tanınmış skripkaçı Səbinə Rakçeyeva çıxış edib.

Çıxış edənlər Birləşmiş Krallıqda biznes imkanları, mövcud çətinliklər və onların həlli yolları, ölkəmizin biznes və investisiya potensialının Birləşmiş Krallıqda təqdim edilməsi, iki ölkə arasında potensial əməkdaşlıq sahələrinə dair fikirlərini bölüşüblər.

Tədbir zamanı həmçinin səfirliyin konsulluq xidmətləri və səfirlik tərəfindən elektron növbə portalının istifadəyə verilməsi barədə məlumat verilib. Bununla yanaşı, "ASAN Viza" rəsmi elektron viza portalının istifadəyə verilməsinin ölkəmizin turizm sektoruna verdiyi töhfə və turistlərin Azərbaycana cəlb edilməsinin vacibliyi barədə söhbət açılıb. İştirakçılar elektron viza portalının istifadəyə verilməsindən sonra viza verilməsi prosesisinin asanlaşmasından məmnunluqlarını ifadə ediblər.

Paylaş

Xəbər lenti

Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR