5-12-2023, 21:29 486

Mətbuat Şurası: AZƏRTAC-ın əməkdaşına qarşı nalayiq rəftar Fransa adına utancverici durumdur

Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı nalayiq rəftarı, onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasını qətiyyətlə pisləyib.

“AVESTA.AZ” xəbər verir ki, Şuranın bununla bağlı bəyanatında bildirilir.

“Fransa müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin ora ezam olunmuş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovaya münasibətdə nalayiq, qəddar rəftarı, ona qarşı qanunsuz davranışı – Şengen vizası olmasına baxmayaraq, əsassız tələblər irəli sürməsi Fransanın söz və ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisi, növbəti bariz nümunəsidir. Baş vermiş hadisə bir daha təsdiqləyir ki, özünü dünya demokratiyasının beşiyi sayan Fransa ali dəyər və priniplərə, qətiyyən, məhəl qoymur.

Yeni Kaledoniya polisinin hərəkəti qəbuledilməzdir, tam yolverilməzdir. AZƏRTAC-ın əməkdaşının saxlanılması, həbslə hədələnməsi, “arzuolunmaz şəxs” kimi təyyarəyə mindirilərək, digər ölkəyə yola salınması jurnalistin sərbəst fəaliyyətinin qarşısının qeyri-qanuni yolla alınmasıdır. Belə yanaşma yalnız diktatura rejiminə xas ölkələr üçün xarakterikdir. Düşünməyə əsas var ki, ümumən prezident Emmanuel Makronun administrasiyası Yeni Kaledoniyada, belə demək mümkünsə, avtoritarizm ocağı qurmaqdadır. Bu isə Fransa adına da son dərəcə utancverici durumdur”, - bəyanatda qeyd olunur.

“Yeni Kaledoniya xalqının zülmdən qurtulmaq, azadlığına qovuşmaq uğrundakı mücadiləsini işıqlandırmaq üçün ora səfər etmiş AZƏRTAC-ın əməkdaşı özünün peşə borcunu yerinə yetirmək istəyirdi. Azərbaycan Mətbuat Şurası hesab edir ki, ona qarşı aşkar qanunsuzluq bütövlükdə dünyanın media ictimaiyyətini düşündürməlidir. Nəzərə alaq ki, bu xoşagəlməz olay – jurnalistin fəaliyyətinin zorakı üsullarla məhdudlaşdırılması, nəinki Yeni Kaledoniyadakı, ümumən digər fransız müstəmləkələrindəki, habelə Fransanın özündəki nümayiş və mitinqləri işıqlandıran xarici media təmsilçilərinin təhlükəsizliyi məsələsini aktuallaşdırmaqdadır.

Mətbuat Şurası Yeni Kaledoniya polisinin AZƏRTAC-ın əməkdaşı A.Həsənovaya qarşı klassik diktatura quruluşlarının fəaliyyət dəst-xəttinə xas hərəkət və davranışını qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları, o cümlədən, beynəlxalq media qurumlarını baş vermiş hadisəyə münasibətdə susqun qalmamağa çağırır. Şura bu qənaətdədir ki, azərbaycanlı jurnalistin üzləşdiyi anti-insani hərəkətə layiqli hüquqi qiymətin verilməməsi cəzasızlıq mühiti formalaşdırır. Belə bir mühitin mövcudluğu isə oxşar hadisələrin təkrarı üçün presedent yaradır. Ona görə də bütövlükdə Makronun rəhbərlik etdiyi fransız diktaturasının mediaya, jurnalistikaya münasibətdə qəddarlıqdan əl çəkməyə məcbur edilməsi şərtdir. Bu şərt isə yalnız mütərəqqi ictimaiyyətin səfərbərliyi, etirazı ilə yerinə yetirilə bilər”, - bəyanatda vurğulanır.

Mətbuat Şurası bir daha AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı nalayiq rəftarı, onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasını qətiyyətlə pisləyərək, baş vermiş olayın günahkarlarının tezliklə tapılmalarını və məsuliyyətə cəlb edilmələrini, ümumən hadisəyə müvafiq hüquqi qiymətin verilməsini tələb edib.

Paylaş

Xəbər lenti

Xalq artisti Aleksandr Şarovski ilə vida və dəfn yeri məlum oldu Bu gün, 11:48 Dövlət əleyhinə çağırışlar etdiyinə görə DTX-nın saxladığı şəxsə hökm oxunub Bu gün, 11:48 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək Bu gün, 11:48 Kişiləri cinsi münasibət adı ilə aldadıb, 3 nəfəri öldürdü Bu gün, 11:48 Şlapaçenko: COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çıxarıb Bu gün, 11:48 Anar Bayramov direktor müavinini işdən çıxardı Bu gün, 11:48 İşə düzəltmək adı ilə vətəndaşın 24 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 11:48 Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş Bu gün, 11:48 Azərbaycan əhalisinin gəlirləri 9 %-dən çox artıb Bu gün, 11:48 Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar Bu gün, 11:48 Bu dərmanlar sığorta ilə veriləcək - RƏSMİ Bu gün, 10:48 Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər Bu gün, 10:48 Bu xəstəliklərin müalicəsi sığorta ilə olacaq - RƏSMİ AÇIQLAMA Bu gün, 10:48 Bakıda zəncirvari qəza - Üç avtomobil toqquşdu Bu gün, 10:48 Muxtar Babayev: Beynəlxalq iqlim əməkdaşlığı üçün şərtlər son 10 ildə xeyli mürəkkəbləşib Bu gün, 10:48 "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib Bu gün, 10:48 XİN Şimali Koreyanı Milli Günü münasibətilə təbrik edib Bu gün, 10:48 Rövşən Rüstəmov: "Xəzərdə suyun azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır" Bu gün, 10:48 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi Bu gün, 10:48 Gəncədə 33 yaşlı kişi bıçaqlanıb Bu gün, 09:48 Muxtar Babayev: İqlim dəyişikliyi fermerlərin istehsal şəraitinə təsir edir Bu gün, 09:48 39 yaşlı qadın bıçaqlandı - Şübhəli qardaşıdır Bu gün, 09:48 Apteklərdən pulsuz dərmanları nə vaxtdan ala biləcəyik? - RƏSMİ Bu gün, 09:48 51 yaşlı aktyor anasının yanında dəfn olundu Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq Bu gün, 09:48 Bakıda ilk beynəlxalq etik haker konfransı – CyberHackCon 2026 keçiriləcək Bu gün, 09:48 Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Xankəndiyə səfər ediblər Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 108 dolları ötüb Bu gün, 09:48 Xalq artisti Aleksandr Şarovski vəfat edib Bu gün, 09:48 Bakıda və rayonlarda İŞIQ SÖNƏCƏK - Saat 10:00-dan etibarən... Bu gün, 08:48 SEPAH ABŞ-nin iki esminesi və 8 neft tankerinə zərbə endirib Bu gün, 08:48 "Real Madrid" "İnter"lə oyunda çətin qələbə qazandı Bu gün, 08:48 Zərdabda DƏHŞƏTLİ QƏZA: 5 nəfər yanaraq ölüb - ADLAR Bu gün, 08:48 Üç milyardlıq plan: İsraillə Yunanıstanın hərbi əməkdaşlığı region üçün nə vəd edir? Bu gün, 08:48 Zubirin yeni klubunda gözlənilməz problem yarandı Bu gün, 08:48 Yüksək sürət yenə CAN ALDI Bu gün, 00:48 Sonuncu "Miss Avstriya" müsabiqəsinin qalibi 22 yaşında vəfat etdi Bu gün, 00:48 Karni: ABŞ ilə razılaşma yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla mümkündür Dünən, 23:48 UFC reytinqləri yeniləndi: Rafael Fiziyev ilk onluğa qayıtdı Dünən, 23:48 Azərbaycan atleti Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb Dünən, 23:48 ABŞ İranın aviasiyasına qarşı sanksiyalar tətbiq etdi Dünən, 23:48 "Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq Dünən, 23:48 Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirəcək Dünən, 22:48 İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq Dünən, 22:48 SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus sualtı aparatı ələ keçirib Dünən, 22:48 Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib Dünən, 22:48 Həkim göstərişi olmadan uşaqlara vitamin verməyin hansı təhlükələri var? Dünən, 22:48 "Hizbullah"ın məğlubiyyəti və İranın sükutu Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR