26-08-2022, 15:00 523

Uğurlu xarici siyasətin məqsədyönlü nəticəsi: türkdili dövlətlər arasında əlaqələr güclənir - ŞƏRH

Qazaxıstan Prezidenti Kasım – Jomərt Tokayevin ölkəmizə səfəri və onun dövlət başçısı İlham Əliyevlə görüşü xüsusi nəticələrlə yadda qaldı. Liderlər strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında bəyannamə imzaladılar. Bəyannamə bu baxımdan müstəsna əhəmiyyətlidir.

Prezident İlham Əliyev çıxışında sözügedən sənədin vacibliyi haqqında danışaraq bildirib ki, bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək:

“Biz beynəlxalq arenada əməkdaşlığımızın inkişafı yollarını müəyyən etdik. Biz aparıcı beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq və əlbəttə, çoxtərəfli əməkdaşlıq üçün yeni ilkin şərtlər yaranır. İyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşü oldu. Bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əməkdaşlığın böyük perspektivləri var”.

Azərbaycana dost və qardaşlar qazandıran Zəfər

Qeyd etmək lazımdır ki, Vətən müharibəsindəki parlaq zəfərimizdən sonra bir çox dövlətlərlə, o cümlədən qardaş və dost ölkələrlə əlaqələrimiz daha yüksək səviyyəyə qalxdı. 2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyə arasında tarixi Şuşa Bəyannaməsi imzalandı. Həmin sənədi türk dünyasının iki böyük lideri – Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan imzaladılar. Beləliklə, Bakı ilə Ankaranın müttəfiqliyi daha da möhkəmləndi.

Şuşa Bəyannaməsi digər türkdilli dövlətlərlə əlaqələrimizin inkişafı istiqamətində başlanğıc oldu. Bu ilin iyun ayında Azərbaycanla Özbəkistan arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində, sənaye sahəsində, hərbi sahədə və regionlararası əməkdaşlıq haqqında sənədlər imzalanmışdı. Bir neçə gün əvvəl, daha dəqiq desək, avqustun 23-də həmin sənədlər təsdiqləndi. Qazaxıstanla imzalanan sənədlər isə bu istiqamətdə növbəti töhfə oldu.

Türkdilli dövlətlərlə imzalanan sənədlər, qarşılıqlı anlaşmalar nəticəsində təkcə ikitərəfli münasibətlər inkişaf etmir. Bu cür bəyannamələr eyni zamanda Türk Dövlətləri Təşkilatının güclənməsinə şərait yaradır.

İlham Əliyevin yürütdüyü uğurlu siyasətin fonunda Azərbaycanın artan müttəfiqləri

Həmçinin müttəfiqlik əlaqələrimiz güclənir. Vətən müharibəsində əldə olunan tarixi zəfərdən sonra Azərbaycan regionda yeni geosiyasi reallıq yaratmaqla əsas aktora çevrilib. Belə olan halda müttəfiqlik əlaqələrimizin güclənməsi təkcə bizim üçün deyil, həm də dost və qardaş ölkələrin özləri üçün faydalıdır. Təsadüfi deyil ki, İkinci Qarabağ savaşından sonra ayrı-ayrı dövlətlər Azərbaycanla əlaqələrə xüsusi diqqət ayırmağa başladılar. Bu, regionda “suları bulandırmaq” niyyətində olan, türkdilli dövlətlərin inteqrasiyasına mane olmaq istəyən gücləri narahat etsə də, reallıq budur: Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan türk dünyasının iki böyük lideridir. Məhz onların qətiyyətli, balanslı xarici siyasət kursu nəticəsində əlaqələrimiz hər ötən gün daha da güclənməkdədir.

Ümumiyyətlə, rəsmi Bakının xarici siyasət kursunun təməlini balanslı siyasət təşkil edir. Diplomatik müstəvidə əldə olunan uğurlar, o cümlədən türkdilli dövlətlər arasında əlaqələrin güclənməsi bu xarici siyasət kursunun nə qədər uğurlu olduğunu göstərir.

Etiraf etmək lazımdır ki, uzun müddət türkdilli dövlətlər arasında əlaqələr arzuolunan səviyyədə olmamışdı. Keçmiş MDB məkanı bunun üçün əlverişli deyildi. Amma artıq durum dəyişib: indi Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin davam etməsi nəticəsində münasibətlərimiz inkişaf edir, xalqlarımız bir-birinə yaxınlaşır, gücümüzə güc qatılır.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR