
Çərşənbə günü Qayana Müdafiə Qüvvələrinə məxsus helikopterin Venesuela ilə mübahisəli ərazi üzərində uçarkən qəzaya uğraması və əlaqə kəsilməsi nəticəsində azı 5 hərbçi həlak olub.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Qayana Prezidenti Məhəmməd İrfaan Əli bildirib.
“Bu itkinin ailələrə, ölkəmizə, Qayana Müdafiə Qüvvələrinə və mənə göstərdiyi miqyası ölçüyəgəlməzdir”, – dövlət başçısı deyib.
Qəzanın səbəbi barədə məlumat verilmir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.