
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (“World Athletics”) dostluq oyunlarının Rusiyada keçirilməsini dəstəkləmir.
"AVESTA.AZ"un məlumatına görə, bunu qurumun prezidenti Sebastyan Kou bildirib.
"Dostluq oyunlarına gəlincə, mən o qədər də həvəsli deyiləm. Bu mövzu ilə bağlı bir neçə federasiya bizə sorğu göndərib və onlara aydın şəkildə cavab verdik ki, bu, bizim dəyərlərimizə, yarış təqviminə uyğun deyil", - Kou deyb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.