
Qadın badmintonçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinin ikinci oyununda məğlub olub.
“Report”un məlumatına görə, komanda Estoniyaya müqavimət göstərə bilməyib.
Abşeron Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma estonların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamız ilk matçında da Şotlandiyaya 0:5 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsinin son görüşündə bu gün Slovakiya ilə qarşılaşacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.