
Azərbaycan Basketbol Liqasında (ABL) VII turun növbəti oyunu keçirilib.
“Report”un məlumatına görə, Cəlilabad Olimpiya İdman Kompleksində yerli komanda “Gəncə” ilə qarşılaşıb.
Gərgin alınan görüşdə iki əlavə vaxt oynanılıb. “Cəlilabad” 14 xallıq fərqi aradan qaldıraraq hesabda önə keçsə də, üstünlüyü əlavə vaxtın sonlarında əldən verib. Nəticədə “Gəncə” 114:108 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular “Cəlilabad”dan Tomas Kobi (30 xal, 9 ribaund), “Gəncə”dən isə Culs Mur (29 xal, 10 ribaund) olublar.
Qeyd edək ki, VII turun son oyunu (“Şəki” – “Sabah”) dekabrın 10-da keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.