10-12-2023, 18:41 616

Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransı keçirilib - YENİLƏNİB

“Şuşa 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı ili”nin bağlanış mərasimi çərçivəsində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin ilk təsis konfransı keçirilib.

"AVESTA.AZ" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamuradov, Əskişəhir (Türkiyə), Bursa (Türkiyə), Türkistan (Qazaxıstan), Oş (Qırğızıstan), Anev (Türkmənistan) və digər şəhər və vilayətlərin vali və məsul şəxsləri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov 2023-cü il “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmiş Şuşa şəhərində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransının keçirilməsini mühüm hadisə adlandırıb və imzalanacaq birgə sənədin Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırıb.

Təsis konfransının açılış nitqlərindən sonra TÜRKSOY tərəfindən “Türk dünyası mədəniyyət paytaxtı” seçilən şəhərlərin sosial, mədəni iqtisadi inkişafına töhfə vermək və bu şəhərlərin beynəlxalq aləmdə tanıdılması, turizm potensialının inkişaf etdirilməsi məqsədi ilə Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin (TÜRKBİR) birgə bəyanat sənədi imzalanıb.

Sonda TÜRKBİR-in üzv rəhbərlərinin yekdil səs çoxluğu ilə Bursa Büyükşehir bələdiyyə başçısı Alinur Aktaş quruma sədr seçilib.

Qeyd edək ki, TÜRKSOY Daimi Şurasının 2022-ci il noyabrın 5-də Türkiyə Respublikasının Bursa şəhərində keçirilən 39-cu iclasında əldə edilmiş razılığa əsasən, Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis edilməsi ilə bağlı yerli icra orqanlarının ilk hazırlıq iclası cari ilin iyunun 30-da Türkmənistanın Arkadağ şəhərində keçirilib. Sözügedən iclasda Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis və ilk iclaslarının Şuşa şəhərində keçirilməsi təklif edilib.

11:43

Şuşa şəhərində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransı keçirilir.

"AVESTA.AZ" xəbər verir ki, tədbirdə Əskişəhər (Türkiyə), Şəki (Azərbaycan), Türküstan (Qazaxıstan), Kastamonu (Türkiyə), Oş (Qırğızıstan), Bursa (Türkiyə), Şuşa (Azərbaycan) və Anev (Türkmənistan) şəhərlərinin rəsmi nümayəndələri iştirak edirlər.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR