
ABŞ Avropaya təbii qaz tədarükünü artırmaq yollarını axtarmağa davam edir.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Jan-Pyer bildirib ki, bu istiqamətdə hələ çox iş görülməlidir, lakin Vaşinqton artıq müəyyən uğurlara nail ola bilib.
"Mart ayından Avropaya mayeləşdirilmiş təbii qaz ixracı 2021-ci ilə nisbətən 84% artıb və bu ixracda ABŞ-ın payı demək olar ki, üç dəfə artıb", - mətbuat katibi qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.