
Pakistan Xarici İşlər Nazirliyi ölkənin Xayber-Paxtunxva əyalətinin Daraban təhsilində (inzibati vahid, rayon) terrorçuların hücumu ilə əlaqədar Əfqanıstanın müvəqqəti işlər vəkilini çağırıb.
“Report” xəbər verir ki, bu barədə Pakistanın xarici siyasət idarəsinin açıqlayıb.
“Pakistan bu gün meydana gələn ölümcül həmlə ilə əlaqədar Əfqanıstanın müvəqqəti hökumətinə qətiyyətli demarş edib”, - XİN-dən diqqətə çatdırılıb.
Əfqanıstanın müvəqqəti işlər vəkilinə Kabilə İslamabadın istintaqı aparmaq, hücumun ictimai qınağı, habelə iştirakçıların və təşkilatçıların Pakistana təhvil verilməsi tələblərinin göndərilməsi təklif olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.