
Bakıda ana övladları ilə birlikdə itkin düşüb.
"AVESTA.AZ"un əldə etdiyi məlumata görə, hadisə avqustun 24-də Xətai rayonu, G.Mehmandarov küçəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Ələkbərova Aytən Ziyabi qızı övladları - 2009-cu il
təvəllüdlü Ayan Ələkbərova və 2014-cü il təvəllüdlü Məhəmmədəli Ələkbərzadə
ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.